azia.az
azia.az

Qida rasionunda nə qədər ət nəzərdə tutulur?

1-03-2024, 08:18

Bir çox insanın qida rasionunun əsas hissəsini ət və ət məhsulları təşkil edir

Azia.az  “lent.az”a istinadən xəbər verir ki, dietoloq Polina Vasilyeva gündə nə qədər ət yemək lazım olduğunu açıqlayıb.

Onun sözlərinə görə, zülal orqanizm üçün əsas tikinti materialıdır, onsuz insan mövcud ola, böyüyə və inkişaf edə bilməz. Orqanizm stress, xəstəlik və aktiv fiziki fəaliyyət zamanı müəyyən qədər zülal sərf edir .

Vasilyeva bildirib ki, orta yaşlı bir insan üçün optimal protein tələbatı gündə ən azı 85-90 qr təşkil edir. 100 q hinduşka əti bədənin gündəlik protein tələbatını demək olar ki, 25%, təxminən 100 q balıq gündəlik tələbatın beşdə birini, 100 qram soya isə üçdə birini ödəməyə kömək edir.

Paylaş


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi