azia.az
azia.az

Soyuq havanın bu tarixə kimi olacağı gözlənilir

4-12-2022, 12:19

“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq”.

Bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

“Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”, - Umayra Tağıyeva qeyd edib.

U.Tağıyeva əlavə edib ki, Azərbaycanda orta sutkalıq temperaturun 10 dərəcədən yüksək olan dövrünün davamiyyəti 20 günə qədər artıb:

“Regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım əsasən dağlıq ərazilərdə müşahidə olunur. Bu, isti qurşaqların sərhədinin 150-200 metrədək yüksəlməsinə səbəb olur. Bu bizə isti sevən bitkilərin əkin sahələrini artırmaq imkanı yaradır. Beləliklə, iqlim dəyişikliyinin mənfi təsirlərindən faydalana bilərik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi