Bu azərbaycanlı erməni evində himnimizi səsləndirdi - Ermənilər təşvişdə // VİDEO
Müdriklər deyib "El bir olsa, dağ oynadar yerindən"...
Elin-obanın, xalqın birliyi də əsasən dar günlərdə bilinir. Çox təəssüflər olsun ki, sərvətlərindən dolayı ölkəmizin başı üzərində qara buludlar vaxtaşırı tarix boyu olubdur. Bu gün də var. Lakin, sevindirici hal da budur ki, həmişə belə zamanlarda xalqımız özü birlik, həmrəylik nümayiş etdirməklə bu cür uğradığımız haqsızlıqların öhdəsindən gəlməyi bacarıb. Bunun bariz nümunəsi kimi elə uzağa getmədən, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən vətən müharibəsini və hazırda mütəmadi olaraq, məruz qaldığımız düşmən təxribatlarını xatırlada bilərik. Əslində minlərcə və onlarla şəhid verdiyimiz bu olayları xatırlatmağa gərək yoxdur, çünki, qədirbilən xalqımız özü bütün bunları ürək ağrısı ilə hər gün xatırlayır, eyni hadisələri düşüncələrdə hər gün yaşayır. Elə bu acılar oldu bizi bir daha birləşdirən, daha da güclü edən...
Müharibə gedə-gedə az olmadı öz əlləri ilə çörəklər, xörəklər bişirib cəbhə xəttinə aparan analar, şəxsi büdcəsi ilə avtomobilini ərzaqla doldurub hərbi hissələrə daşıyan atalar, oğullar...
Bir sözlə kimin əlindən nə, necə gəlirdisə, o cür dəstək olurdu. İndi də dəstək olurlar.
Yeri gəlmişkən bu günlərdə "DogruXeber.az"a belə bir maraqlı görüntülər daxil olub.
Gördüyünüz bu görüntülərin hər biri Ermənistanda lentə alınıb.
Baxın!
Görüntülərdə satış mərkəzi, ofis, həyət və evin içi belə yer alır.
Bütün bunları lentə alan "Zero" ləqəbli hakerdir.
Zero Azərbaycanlıdır. O bütün bu görüntüləri öz bacarığı sayəsində əldə edib. Hətta, gördüyünüz kimi erməni evində Azərbaycanımızın himnini belə səsləndirməklə onların acizliyini bir daha özlərinə sübut edib.
Və budur Azərbaycanın himnini evində eşidən qadın təşvişlə gah həyətə, gah küçəyə qaçır. Azərbaycan himninin evinin içindən gəldiyinin fərqində deyil. Erməni qadının bu təşvişi bunu göstərir ki, onlar illərdir ki, içlərində bu qorxu ilə yaşayıblar. Bəlli ki, bir gün Azərbaycan oğullarının onlardan qisas alacaqlarını və geriyə, doğma Azərbaycan torpaqlarına qayıdacaqlarına əmin, eyni zamanda qorxu və həyəcanla gözləyirdilər. Elə himnimizi eşidəndə də yəqin o günün gəlib çatdığını anladı ki, birinci qaçdığı küçə oldu.
Zero ləqəbli Azərbaycan oğlu bununla da mənfur haylara qorxmaqda doğru etdiklərini və qorxduqları günün uzaqda olmadığını diqqətlərinə çatdırmış oldu.
Sözsüz ki, Zero bu qayda ilə lazım olan vacib məlumatları da əldə etmişdir.
Zeronun bu cür yüksək bacarığı ilə əldə etdiyi vacib məlumatlar, onun da haqq mübarizəmizin müsəlləh əsgəri olduğunu sübut edir.
Bəli, ön cəbhələrdə düşmənlə üzbəüz vuruşan milli ordumuzun arxasında bütün xalq bir ordu şəklində dayandığı, Zero kimi Azərbaycan övladlarının əlindən gəldiyi bacarığı ilə düşmənlərə qarşı mübarizəyə qatıldığı üçün bu gün Azərbaycan qalibdir.
Və bu danılmazdır ki, xalq həmişə bir olduqca onu heç bir xarici qüvvə yıxa bilməyəcək.
Tanrı xalqımızı, birliyimizi, bütövlüyümüzü qorusun.
Amin.