azia.az
azia.az

"Bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var" - Nazir

Bu gün, 16:24

Ayrı-ayrı bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri ölkədə ümumi göstəriciyə ciddi təsir edir.

E-huquq.az xəbər verir ki, bu sözləri PISA 2025 nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, bəzi bölgələrdə şagirdlərin təxminən 80-88 faizinin oxu savadlılığı üzrə minimal göstəriciyə çatmaması narahatlıq doğurur.

“Bəzi bölgələrdə 80 faiz civarında oxuyub-anlama üzrə nəticələr aşağıdır. 88 faizə yaxın göstəricilər də var. Yerdə qalan bölgələrin çəkisi isə daha azdır. Böyük hissəni Bakı, Abşeron-Xızı və digər bölgələr təşkil edir. Ona görə də bu nəticələr ümumi göstəriciyə təsir edir. Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır. Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə mütləq iş aparmaq lazımdır”, - deyə nazir əlavə edib.

Emin Əmrullayev Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, regionlar üzrə nəticələr təhsildə uzun illər ərzində formalaşmış problemlərin daha aydın görünməsinə imkan verir və bu istiqamətdə sistemli tədbirlərin görülməsinə ehtiyac var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi