azia.az
azia.az

Sürücülərin diqqət etmədiyi təhlükə: Mühərrik yağının çatışmazlığı nəyə səbəb olur?

Bu gün, 16:19

Mühərrik yağının çatışmazlığının nəticələri heç vaxt müsbət olmur.
Xəbər verilir ki, bu problem yanacaq sərfiyyatının artmasından tutmuş mühərrikin tamamilə sıradan çıxmasına qədər müxtəlif fəsadlara yol aça bilər.

Mühərrikdə yağ səviyyəsinin aşağı olmasının bütün əlamətləri dərhal özünü göstərmir. Bəzi mənfi nəticələr ciddi nasazlıqdan daha çox, sadəcə narahatlıq yaradan problem kimi qəbul edilə bilər.

Nəşrin məlumatına görə, yağ səviyyəsi ilə bağlı xəbərdarlıq işığının yanması ilə yanaşı, yağ çatışmazlığının ilk əlamətlərindən biri mühərrikdən gələn qeyri-adi səslər ola bilər. Tıqqıltı və sürtünmə səsləri mühərrikin lazımi qaydada yağlanması üçün kifayət qədər yağ olmadığını göstərir.

Bundan başqa, yağın səviyyəsinin aşağı olması mühərrikin gücünün azalmasına səbəb ola bilər. Bu, kifayət qədər yağlanma olmadığından mühərrikin daha yüksək yüklə işləməsi ilə əlaqəli ola bilər.

Mühərrik yağı həmçinin mühərrikdən istiliyin uzaqlaşdırılması funksiyasını yerinə yetirir. Yağ çatışmazlığı zamanı mühərrikin vacib hissələri həddindən artıq qıza bilər. Bu isə metalın genişlənməsinə və mühərrikin gücünün azalmasına gətirib çıxarır.

Nəşr xəbərdarlıq edir ki, bu problemlərin yaratdığı əlavə aşınma avtomobilin istismar müddətini qısalda, təmir xərclərini artıra və nəticədə daha ciddi nasazlıqlara səbəb ola bilər.

Yağ çatışmazlığının digər əlamətləri işlənmiş qaz borusundan güclü tüstünün çıxması və ya mühərrik bölməsindən yanıq qoxusunun gəlməsi ola bilər. Bu simptomlardan bəziləri avtomobil hər hansı xəbərdarlıq siqnalı verməzdən əvvəl də müşahidə edilə bilər.

Nəşr vurğulayır ki, mühərrik yağının səviyyəsinin aşağı olması barədə xəbərdarlıq göründükdə mümkün qədər tez yağ əlavə etmək lazımdır. Xəbərdarlığa məhəl qoyulmaması vəziyyətin qısa müddətdə kəskin şəkildə pisləşməsinə səbəb ola bilər.

Kritik dərəcədə aşağı yağ səviyyəsi ilə cəmi bir neçə kilometr hərəkət etmək belə mühərrikdə ciddi nasazlıq yarada bilər. Mühərrik yağı olmadan bir neçə dəqiqə hərəkətdən sonra yastıqlarda güclü aşınma baş verə bilər. Daha bir neçə dəqiqə ərzində mühərrikin daxilində temperatur o qədər yüksələ bilər ki, yastıq içlikləri dirsəkli valın daha sərt metal səthi ilə birləşməyə başlayar və daha sonra valın dəqiqədə bir neçə min dövr sürətlə fırlanması zamanı qopa bilər.

Belə zədələrdən sonra mühərriki hələ də təmir etmək mümkün ola bilər. Lakin yağsız hərəkəti davam etdirmək mühərrikin tamamilə sıradan çıxmasına gətirib çıxara bilər.

Nəşr avtomobil sahiblərinə mühərrik yağının səviyyəsini mümkün qədər tez-tez yoxlamağı və yağı mütəmadi olaraq dəyişdirməyi tövsiyə edir. Əks halda avtomobil sahibini bahalı təmir xərcləri gözləyə bilər.

Jalə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi