azia.az
azia.az

Natiq Cəfərli: “Bank faizləri aşağı salınmalıdır”

Bu gün, 08:44

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərinə səbəb olur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, problemin sadə və bəsit həll yolu yoxdur.

 

O bildirib ki, insanların ehtiyacı olmasa kredit almaz: “Bankların isə ehtiyacı olmasa istehlak kreditlərini daha çox verməzlər. Banklar biznes kreditlərini vermək istəmir və ya vermir. Uzunmüddətli kreditlərə həvəsləri yoxdur, çünki uzunmüddətli kreditlər daha risklidir. İstehlak kreditləri isə həm yüksək faizlidir, həm də daha qısa 6 və ya bir illik müddətə verilir. Bu da banklar üçün sərfəlidir. Vətəndaşların da ehtiyacı var və bunu qazancları ilə qarşılaya bilmirlər deyə istehlak kreditlərinə müraciət edirlər”.

 

İqtisadçı qeyd edib ki, problemin uzun müddətli həll yolu faizlərin aşağı salınmasıdır, paralel olaraq vətəndaşların gəlirləri artmalıdır: “Bunun başqa çıxış yolu yoxdur. Amma bu da sadə, zaman etibarilə qısa müddətdə həll olunası məsələ deyil. Amma yenə çıxış yolu budur. Kredit faizləri aşağı düşməlidir, ən azı inkişaf etmiş ölkələrdə olduğu səviyyələrdə olmalıdır, indiki kimi yox. Azərbaycanda istehlak kreditləri iki rəqəmlidir. İstehlak kreditlərinin faiz dərəcələri bir rəqəmliyə düşməlidir. İnsanların isə real gəlirləri artmalıdır. Bu ikisi baş verməzsə, problemin həlli mümkün deyil”.

 

Şəhanə Qədirli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi