Ona hamı əmi deyirdi, böyük də, kiçik də… Ələkbər əmi… Böyüklərin sevimlisi olmaq rahatdı… Uşaqların ürəyinə yer tapmaqsa ürək məsələsdiri. Çünki uşaqlar başıyla yox, ürəyilə sevirlər. 42 yaşında hepatitə yoluxan, 5 il sonra ağrılarla can verən lakin hələ də ürəklərdə “Ələkbər əmi” adıyla yaşayan Ələkbər Hüseynovun ürəkdağlayan həyatının bir neçə guşəsinə nəzər salırıq… Bu adam Ələkbər Adıgözəl oğlu Hüseynovdur. 1961-ci ildə Bakıda – əslən Gəncədən olan, Bakı Dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın ailəsində – evin yeganə övladı kimi dünyaya göz açıb.1983-cü ildə Ələkbərin atasını Binəqədi şosesini keçəndə “Volqa” markalı avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir: “Beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”. Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndən sonra icazə alıb evə gəlir və sürücünün yalvarışlarına ürəyi dözməyib anasına deyir: “Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla atam sağalan deyil”. Beləliklə, anasını razı salıb şikayət etməkdən çəkindirir. Atası isə yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci dəfə insult keçirib dünyasını dəyişir.

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır
Sənubər SƏHƏRİN doğum günüdür
Gecə ilə gündüzün yarımçıq görüşü
