azia.az
azia.az

Ukraynada son sutkada işğalçıların 560 canlı qüvvəsi MƏHV EDİLDİ - FOTO

26-11-2022, 12:52


Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Azia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 86710 (+560) nəfər canlı qüvvəsi, 2901 (+2) tank, 5848 (+4) zirehli döyüş maşını, 1896 (+1) artilleriya sistemi, 395 (+0) reaktiv yaylım atəşi sistemi, 209 (+0) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1554 (+1) PUA, 531 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4406 (+2) avtomobil texnikası və avtosistern, 163 (+2) xüsusi texnikası məhv edilib.

Rus qoşunları ötən gün ən böyük itkisini Baxmut və Lyman istiqamətlərində verib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi