azia.az
azia.az

Ukraynada son sutkada 250 işğalçı MƏHV EDİLDİ - FOTO

28-08-2022, 13:10

Ukraynada son sutkada 250 işğalçı MƏHV EDİLDİ - FOTO
"Ukraynada Rusiya ordusunun daha 250 hərbçisi məhv edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 750-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 942 tank, 4 257 zirehli döyüş maşını, 1050 artilleriya sistemi, 274 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 838 PUA, 196 qanadlı raket, 15 gəmi, 3171 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Ukraynada son sutkada 250 işğalçı MƏHV EDİLDİ - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi