azia.az
azia.az

Siyəzən sakinləri dərdlərini KİMƏ DESİN? - Sonra deyirlər, turizm inkişaf etmir...

7-07-2022, 10:32

Siyəzən sakinləri dərdlərini KİMƏ DESİN? - Sonra deyirlər, turizm inkişaf etmir...Siyəzən rayon Balaca Həmyə kənd sakinləri şikayətçidirlər.

Azia.az-ın məlumatına görə, Belediyye.netə yazan sakinlər deyirlər ki, kənd bələdiyyəsi heç bir iş görmür.

Sakinlərin göndərdiyi fotolardan da göründüyü kimi, kəndin hər qarışı zibillikdir.

Su arxlarının içi, yolların kənarları, dərə-təpə, hər yer zibil içindədir.

Balaca Həmyə kəndi Xəzər dənizinin sahilində yerləşir.

Kənd çimərlik turizmi üçün əhəmiyyəti hesab edilir. Çimərlik mövsümünün başlamasına baxmayaraq dənizin sahilləri çirkab içindədir. Bu da çimərlikdən istifadə edənlərin ciddi narazılığına səbəb olur.

Sakinlər kəndin zibillik probleminin konteynerlərin olmamasından qaynaqlandığını deyirlər. Aidiyyatı qurumların məsələni nəzarətə götürməsini tələb edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi