Bu kəndin şagirdləri təhsildən yayınır — VİDEO
Cəlilabad rayonu Oğrubulaq kəndindəki şagirdlər təhsildən yayınır. Kənd sakinləri iddia edir ki, 4-cü sinifə getməli olan uşaqlar hərfləri belə yaza bilmir.sakinləri narahat edən digər bir məqam isə tikintisi 2020-ci ildə başa çatan modul tipli məktəbin qapılarının hələ də bağlı qalmasıdır. Alternativ variant kimi qonşuluqda yerləşən kənd məktəbi təklif olunsa da, valideynləri narahat edən başqa məqamlar da var.
Bu məktəblilər sinif üzü görmürlər.Buna səbəb ötən il tikintisi başa çatan modul tipli məktəbin istifadəyə verilməməsidir.
Cəlilabad rayonu Oğrubulaq kənd sakinləri deyirlər ki, uşaqları təhsildən yayınır..Uzun müddətdir bu kənddə məktəb olmadığından sakinlər rəsmi orqanlara müraciət ediblər..
Kənd sakinlərinin sözlərinə görə 2018-ci ildə Oğrubulaq kəndində 96 yerlik modul tipli məktəbin tikintisi üçün 425 min manat vəsait ayrılıb. Sonradan bilinməyən səbəblərdən məktəb qonşu Fətullaqışlaq kəndində tikilərək istifadəyə verilib.
Kənd sakini Babək Həsənov deyir ki, müxtəlif ünvanlara yazılan şikayətlərdən sonra kəndlərində 59 yerlik modul tipli məktəbin tikilməsinə nail olublar. lakin 2020-ci ildə tikintisi başa çatan məktəbin qapıları hələ də şağirdlərin üzünə bağlı qalıb.
Sakinlər bildirir ki, hər il onlara növbəti tədris ilində məktəbin istifadəyə veriləcəyi bildirilsə də tədris ocağının qapıları açılmır. Məcbur qalan valideynlərdən bəziləri uşaqlarını Fətullaqışlaq məktəbinə göndərir. Lakin valideynləri narahat edən başqa məqamlar da var.
Məsələ ilə bağlı Cəlilabad Təhsil Şöbəsindən bildirdiblər ki,Oğrubulaq kəndinin ərazisində sürüşmə olduğundan kənd sakinləri Fətullaqışlaq kəndinə köçüb.Bu kənddəki təhsil ocağına da Oğrubulaq kənd orta məktəbinin adı verilib.Sonradan kənd sakinləri öz doğma yurdlarına geri qayıtsalar da Fətullaqışlaq kənd məktəbinin adı dəyişdirilməyib.Yəni Oğrubulaq kənd orta məktəbi adlı təhsil ocağı, uzun illər Fətullaqışlaq kəndində fəaliyyət göstərib..Yaranan bu anlaşılmazlığı ardan qaldırmaq üçün 2019-cu ildə Fətullaqışlaq kəndindəki məktəbin adı dəyişdirilib.
Təhsil şöbəsindən o da bildirildi ki,yeni inşaa edilən Oğrubulaq kənd orta məktəbinin nə vaxt açılacağı isə hələ bilinmir.