azia.az
azia.az

Vəkillər Kollegiyasının sədri: "Əminəm ki, Bəxtiyar Hacıyevlə bağlı məsələ obyektiv araşdırılacaq"

4-06-2022, 07:16


"Daxili İşlər Nazirliyinin rəhbərliyi həmişə vəkillərin müraciətlərinə diqqətlə yanaşıb, qayğı göstərib".
Vəkillər Kollegiyasının sədri: "Əminəm ki, Bəxtiyar Hacıyevlə bağlı məsələ obyektiv araşdırılacaq"
Bu barədə e-huquq.az-ın sualına cavabında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Bəxtiyar Hacıyevin polis şöbbəsində zorakılığa məruz qalması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

A. Bağırov qeyd edib ki, daxili işlər orqanlarının rəhbərliyi tərəfindən vəkillərin bütün müraciətləri hər zaman obyektiv araşdırılıb: "Bu baxımdan şəxsən mən və Vəkillər Kollegiyası daxili işlər orqanlarının bu münasibətindən razıyıq".

Sədr qeyd edib ki, baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri ilə danışıb və onlar da bildiriblər ki, məsələ nəzarət altındadır: "Mən əminəm ki, məsələ tam obyektiv araşdırılacaq. Bu barədə vəkil Bəxtiyar Hacıyevlə də danışmışam, o da razılığını bildirib. Ancaq hələ ki, Bəxtiyar Hacıyev Vəkillər Kollegiyasına yazılı müraciət etməyib, yəqin ki, yaxın vaxtlarda edəcək".

Xatırladaq ki, vəkil Bəxtiyar Hacıyev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində polis şöbəsində zorakılığa məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Xəyalə Bünyatova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi