Daxili İşlər Nazirliyindən Aqil Abbasın polis oğlu ilə bağlı AÇIQLAMA
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır.
Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.
Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik", - DİN rəsmisi deyib.
Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur.