Bakıda icra məmuru qadın VƏKİLİ DÖYDÜ
Bakıda icra məmuru qadın VƏKİLİ DÖYDÜ
Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.
Xəbər verilir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.
Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələyə ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəminində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".