Kərimovun 300 milyonluq yaxtası əlindən alındı - FOTO
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları çərçivəsində rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq 107 metrlik “Amadea” adlı lüks yaxta ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib.
Azia.az hit.az-a istinadla xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin baş prokurorunun köməkçisi Liza Monako Departamentin “qara pullar”la alınan hər yaxtanı müsadirə edəcəyini deyib.
Qeyd edək ki, milliyətcə ləzgi olan Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. O, 1998-ci ildən "Nafta-Moskva" kompaniyasının sahibidir.