Şeyxin 300 milyon dollarlıq yaxtası Bodrumda limana girə bilmədi (FOTO)
Dubay şeyxi Abdullah Əl Futtaimin "Radiant” ultralüks yaxtası Bodrum limanına girə bilməyib. Uzunluğu 110 metr olan 4 mərtəbəli yaxta elə açıq dənizdə lövbər salıb.
Azia.az virtualaz.org-a istinadən xəbər verir ki, 286 milyon dollar qiyməti olan yaxtada gün ərzində yaşanan hərəkətlilik diqqətdən yayınmayıb. Yaxtanın üzərində olan təhlükəsizlik sistemlərinin ən müasir səviyyədə hazırlandığı bildirilir. Belə ki, xüsusi qorunan yaxtaya 100 metrdən az yaxınlaşmaq mümkün deyil. Başqa bir yaxta yaxınlaşdıqda isə süni dalğa yaradaraq uzaqlaşdırılır.
Yaxtanın mühüm xüsusiyyətlərindən biri isə fövqəladə vəziyyətlərdə qırıcı təyyarələrdə olduğu kimi katapult sisteminin olmasıdır. Yaxtaya hər hansı hücum olarsa, turbo mühərrikləri 75 knot sürət yığa bilir.
Hər cür lüks şəraiti olan yaxtanın içərisində restoranlar, barlar, əyləncə mərkəzlərinin, həmçinin idman mərkəzi və hamamın olduğu bildirilir. Gəminin göyərtəsində cakuzilər qoyulub, arxa tərəfində isə su idmanı ilə məşğul olmaq üçün müxtəlif ləvazimatlar yer alıb.