Həbsini gözləyən İCRA BAŞÇISI... - Süleyman Mikayılov son oliqarx-başçılardandır...
"Bu gün Süleyman Mikayılov iynə üstündə oturmuş kimidir. Onun özü də bu günə kimi "sağ-salamat", toxunulmadan çıxa bilməsinə heyrətlənir. Amma az qalıb. Və yaxın vaxtlarda qərar rəsmən elan olunacaq". Bu barədə hökumətdəki mötəbər mənbə informasiya verib.
Mənbə bildirir ki, buna qədər Bakı Baş Gömrük İdarəsinin və daha bir neçə rayonun icra başçısı postunu tutan Süleyman Mikayılov əslində, çox böyük siyasi dəllallardan biridir. Mənbənin dia.az-a söylədikləri:
"Süleyman Mikayılov hansı addımı necə atacağını yaxşı bilir. Ona görə də Bakının burnunun ucunda olsa belə əsas hədəf olmaqdan yayına bilib. Hazrıki paytaxt hakimiyyəti ilə də müəyyən dil tapmağa nail olub. Amma hər şey orada həll olunmur və bunu yaxşı anlayan Süleyman Mikayılovun özü də bu gün vəzifədən alınacağı, hətta həbs olunacağı günü səbirsizliklə gözləyir..."
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage