azia.az
azia.az

ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO

28-11-2021, 09:22

ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit hesabına həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi"ndəki tenderlərlə bağlı qaranlıq məqamların ardı da var imiş. Bakhtiyar Hajiyev’in paylaşdığı məlumatlardan görünürdü ki, nazir müavini Anar Kərimovun vaxtilə partnyoru və əsas simalarından biri olduğu, indi isə yaxın qohumunun rəhbərlik etdiyi “EKVİTA” MMC adlı yerli şirkət Əmək Nazirliyindən əvvəlcə 1 milyon manata yaxın, ardınca isə başqa şirkətlərlə konsorsium şəklində 9 milyon 265 min dollarlıq tenderlərin qalibi udub.
Bu mövzunu bir azca da araşdırdım və aşağıdakı digər çox şübhəli məqamlar da ortaya çıxdı:
Bu ilin oktyabr ayında Dünya Bankının elə eyni 100 milyonluq kredit layihəsi çərçivəsində, eyni satınalma metodu ilə başqa bir tender də keçirilib – “Əmək Bazarının qiymətləndirilməsi və VTC strategiyasının hazırlanması”.
1 oktyabr 2021-ci ildə tenderin qalibi olan konsorsiumla 1 milyon 274 min ABŞ dolları məbləğində müqavilə imzalanıb.
Tenderin qalibi olmuş konsorsiuma daxil olan “GLOBAL LEGAL” MMC adlı yerli şirkətin qanuni təmsilçisi Sevil Yəhyayeva adlı şəxsdir. Araşdıranda məlum olur ki, “Ekvita” şirkətinin Hüquq Menecerinin də adı Sevil Yəhyayevadır (skrinşotlar əlavədə).
Hələ sən demə, Bəxtiyarın postunda qeyd etdiyi 920.000 manatlıq "peşə standartlarının hazırlanması" tenderində də “Ekvita” MMC şirkəti tək yox, “Global Legal” MMC şirkəti ilə konsorsium şəklində qalib gəlibmiş (bu barədə rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində yayımlanmış bildirişin şəkli əlavədə).
Bir az da araşdıranda məlum oldu ki, qalib konsorsiumun digər üzvü olan "IBF INTERNATIONAL CONSULTING" şirkətinin mütəxəssisi olan bir şəxs isə eyni zamanda “Ekvita” şirkətinin işçisidir (skrinşot əlavədə).
Yəni belə görünür ki, oktyabrda keçirilmiş bu 1.3 milyon dollarlıq tenderin qalibi olmuş şirkətlər də, avqustdakı 9,2 milyonluq layihənin qalibi olan və nazir müavininə çox yaxın hesab edilən “Ekvita” şirkəti ilə bu və ya digər şəkildə əlaqəli şirkətlərdir.

Teref.az olaraq qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Rəşad Əliyev.
ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO
ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO
ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO
ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO
ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO
ƏƏSMN-də 10 milyonlarla dollarlıq qaranlıq tender əmliyyatları - Dünya Bankından alınmış 100 milyonluq kredit hara gedib? FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi