Rusiyalı oliqarxın 530 milyon avroluq yaxtası müsadirə olundu

Rusiyalı oliqarxın 530 milyon avroluq yaxtası müsadirə olundu
İtaliyanın maliyyə polisi rusiyalı milyarder-oliqarx Aleksandr Melniçenkonun yaxtasını müsadirə edib. virtualaz.org İtaliyanın "İl Messagerro" nəşrinə istinadən xəbər verir ki, oliqarxın yaxtası Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Triest limanında müsadirə olunub.![]()
"Sy A" adlı lüks yaxtanın dəyəri 530 milyon avrodur və o dünyanın ən iri yelkənli yaxtasıdır. Melniçenko prezident Putinə yaxın oliqarxlardan biridir. Xatırladaq ki, bundan əvvəl İtaliyada Əlişir Usmanov da daxil olmaqla daha bir neçə rusiyalı milyarderlərin yaxtası müsadirə olunmuşdu.