AST Telmanın İsveçrədəki bank hesablarına da HƏBS QOYULDU
“AST Telman” adı ilə tanınan iş adamı Telman İsmayılovun İsveçrədəki bank hesablarına həbs qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə Sürix şəhər Prokurorluğu qərar çıxarıb.
Prokurorluq bunu T.İsmayılovun borcunu qaytara bilməsi üçün edib. Azərbaycanlı iş adamına qarşı iddia ilə Rusiyanın VTB bankı çıxış edir.
İsveçrə Prokurorluğu biznesmenin ölkə banklarındakı sərvətinin miqdarını açıqlamayıb.
İddiaya əsasən, “AST Telman” həmin hesabları Rusiyada fırıldaqçılıq yolu ilə əldə edib.
Qeyd edək ki, Rusiyada müflis elan edilən Telman İsmayılov ailəsi ilə birgə Monteneqroda yaşayır. O, 2017-ci ilin noyabrında iki nəfərin qətlini təşkil etməkdə ittiham olunub və İnterpol xəttilə axtarışa verilib.