azia.az
azia.az

Saakaşvili əfv oluna bilərmi? - Prezidentdən açıqlama

4-11-2021, 08:07

Saakaşvili əfv oluna bilərmi? - Prezidentdən açıqlama
Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı mövqeyini açıqlayıb. Xəbər verilir ki, o bildirib ki, Saakaşvili ilə bağlı mövqeyini dəyişməyəcək - o, əfv olunmayacaq. “Keçmiş prezidentin əfv olunması ilə bağlı mövqeyim qəti və dəyişməzdir – yox və heç vaxt. Keçmiş prezident nə siyasi məhbusdur, nə də günahsız qurbandır. O, ölkəyə qanunsuz daxil olmuş məhkumdur. Onun ölkəyə gəlməsində məqsəd sabitliyi pozmaq olub”, - deyə Zurabişvili brifinq zamanı deyib.

Onun sözlərinə görə, Saakaşvilini xüsusi məhbus hesab etmək lazımdır və bu da peninetsiar xidmətdən, hökumətdən xüsusi diqqət tələb edir.

Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə tutulan Saakaşvili iki cinayət işi üzrə ittiham olunur və onunla bağlı qiyabi hökm çıxarılıbOnun 6 il məhkumluq həyatı yaşaması gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi