Saakaşviliyə qarşı bu gün ittiham irəli sürülməyəcək - Gürcüstan Prokurorluğu
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı qanunsuz sərhədi keçməsi ilə bağlı ittiham bu gün sürülməyəcək.![]()
Xəbər verilir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Prokurorluq Saakaşvilinin digər işlər üzrə həbsdə olduğunu açıqlayıb – məhkəmənin qiyabi hökmünə əsasən, eks -prezident 6 il müddətinə azadlıqdan məhrum edilib.
M.Saakaşvili oktyabrın 1-də axşam Tbilisidə saxlanılıb. Prokurorluğun məlumatına əsasən, o, qanunsuz olaraq sərhədi keçərək Ukraynadan Gürcüstana gəlib.
Eks-prezident bir sıra cinayət işlərində ittiham olunur, onlardan ikisində artıq qiyabi hökm oxunub, qalanları isə məhkəmə prosesindədir.KONKRET.az