Serbiya Ermənistanın xahişi ilə diplomatı saxladı
Serbiya hüquq-mühafizə orqanları Şimali Makedoniyanın ATƏT yanındakı səfirinin müavini Mile Milenkovskini saxlayıb.
"Ölkə.az" xəbər verir ki, bu məlumatı Şimali Makedoniyanın “Alsat-M” telekanalı yayıb.
Məlumata görə, Belqrad bu addımı Ermənistan hökumətinin müraciəti əsasında gerçəkləşdirib. Diplomatın 27 avqustda saxlandığı vurğulanıb.
Qeyd edək ki, Ermənistan Milenkovskini 2018-ci ildə keçmiş hökumət nümayəndələrini ölkədən qaçırmaqda ittiham edib.