azia.az
azia.az

Əkrəm İmamoğlunun oğlu ifadə verdi - ŞOK DETALLAR

Bu gün, 21:15

İstanbul 33-cü Ağır Cəza Məhkəməsi “cinayət təşkilatına rəhbərlik etmək”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “fırıldaqçılıq” ittihamları ilə həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla şübhəli şəxslərlə bağlı korrupsiya işini davam etdirir.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində Əkrəm İmamoğlunun oğlu Səlim İmamoğlu şübhəli şəxs qismində ittihamlara ayrı-ayrılıqda cavab verib.

Səlim İmamoğlu siyasətlə heç bir əlaqəsinin olmadığını bildirərək, işə daxil edilməsinin atasına təzyiq göstərmək məqsədi daşıdığına inandığını deyib.

O, Xorvatiyadakı mövcud investisiya layihəsinə və 772 min lirəyə aldığı yelkənli qayıqla bağlı pul qoyuluşlarının məhz bank qeydlərində əks olunduğunu bildirib.

Səlim İmamoğlu həmçinin məhkəmədən bəraət və hesablarına qoyulan blokun və xaricə çıxış qadağasının aradan qaldırılmasını istəyib.

1997-ci il təvəllüdlü olduğunu, ailə şirkətində çalışdığını və fizika sahəsində magistratura təhsilini davam etdirdiyini bildirən Səlim İmamoğlu ifadəsində deyib ki, hazırda siyasətlə heç bir əlaqəsinin olmamasına baxmayaraq bu işə daxil olunub:

“Soyadım İmamoğlu olmasaydı, bu gün burada olmayacaqdım. Burada olmağımın əsl səbəbinin isə atama təzyiq göstərmək və onu geri addım atmağa məcbur etmək olduğuna inanıram. Çox acınacaqlıdır ki, arxamda atam, kürsüdə isə mən varam. Təəssüf ki, Türkiyə Cümhuriyyəti tarixində unudulmayacaq bir mənzərənin şahidi oluruq.

Bu gün burada gəldiyim yeganə nəticə budur ki, anamdan, atamdan və babamdan aldığım borclara görə şübhəli vəziyyətə düşmüşəm. Məhz buna görə mənə həm xaricə çıxış qadağası qoyulub, həm də hesablarıma blok tətbiq edilib”.

Səlim İmamoğlu ailəsinin maddi dəstəyi ilə Xorvatiyada investisiya layihəsinə yatırım qoyduğunu bildirib:

“Belə ki, layihədən payı əldə etmək məqsədilə təxminən 390 min avro məbləğində pulu “İş Bankı” vasitəsilə Xorvatiyadakı bir banka köçürdüm”.

O, məhkəmədə mövcud bank əməliyyatlarının MASAK hesabatında təkrar qeyd edildiyini və bunun nəticəsində real məbləğin iki dəfə çox pul göndərilmiş kimi göstərildiyini iddia edib.

Məhkəməyə sədrlik edən hakimin 388 min 303 avroluq köçürmə barədə sualına cavab verən Səlim İmamoğlu məbləği təsdiqləyib. 

Şirkətinin Xorvatiyadakı əsas şirkətə 20 faiz ortaq olduğunu bildirən Səlim İmamoğlu bunları deyib:

“Hazırda həmin ərazidə 150-yə yaxın evdən ibarət böyük bir layihədə fəaliyyət göstərir”.

Yelkən idmanı ilə məşğul olduğunu bildirən Səlim İmamoğlu 2024-cü ildə yarış məqsədilə ikinci əl, 2009-cu il istehsalı olan yelkənli qayıq aldığını deyib:

“Pulunu da atamdan borc alaraq bank köçürməsi ilə ödədim. Sahib olduğum bu yelkənli qayıq hazırda yelkən klubunda təlim məqsədilə də istifadə olunur. Yəni nəticə etibarilə bu iki məsələ ilə bağlı hesabını verə bilməyəcəyim heç bir vəziyyət yoxdur”.

Xaricə çıxış qadağasına görə qəbul olunduğu beynəlxalq fizika konfransında iştirak edə bilmədiyini də bildirən Səlim İmamoğlu çıxışının sonunda bəraətini, hesablarına qoyulan tədbirin və xaricə çıxış qadağasının aradan qaldırılmasını tələb edib.

Gülər 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi