azia.az
azia.az

Kosovo Azərbaycana sorğu göndərib, müstəqilliyinin tanınmasını xahiş edir

20-08-2021, 09:49

Kosovo Azərbaycan da daxil olmaqla bəzi ölkələrə sorğu göndərərək müstəqilliyinin tanınmasını xahiş edib. Xəbər verilir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin cənubundakı Brus şəhərinə səfəri zamanı açıqlayıb.
 Kosovo Azərbaycana sorğu göndərib, müstəqilliyinin tanınmasını xahiş edir
“Mən az əvvəl Priştinadakı müdafiə nazirinin sorğusunu görmüşəm, xahiş edir ki, Gürcüstan, Ukrayna, Azərbaycan və daha bir neçə ölkə Kosovonun müstəqilliyini tanısın. Yaxşı ki, bu haqda bizi məlumatlandırıblar, sağ olsunlar”,-Serbiyanın RTC telekanalı Vuçiçdən sitat gətirir.

Prezident qeyd edib ki, Priştinanın bu hərəkəti Vaşinqton razılaşmasına ziddir, eyni zamanda Belqradın “əl-qolunu açır” və indi Serbiya anlayır ki, hansı istiqamətdə hərəkət etmək lazımdır.



“Onlar bu şəkildə bizə istiqamət göstəriblər və biz öz işimizi görəcəyik”,-Vuçiç bildirib.

Vaşinqton razılaşmasına əsasən 2021-ci il sentyabrın 1-nə qədər Priştina Kosovonu tanımaq üçün yeni dövlətlərə müraciət etməyəcək. Əvəzində Belqrad separatçı bölgənin tanınmasının ləğv edilməsinə dair fəaliyyətini dayandıracaq. Kosovonun müstəqilliyini ABŞ başda olmaqla bir sıra qərb ölkələri tanıyıblar, amma Serbiya bu bölgəni öz ərazisi hesab edir.

Azərbaycana gəldikdə isə rəsmi Bakı həmişə Serbiyanın ərazi bütövlüyünü tanıyıb və Belqradla yaxşı münasibətlərə malikdir. Bu baxımdan Azərbaycanın Kosovonun müstəqilliyini tanımasından söhbət gedə bilməz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi