azia.az
azia.az

Bu şəxsə pul verməyin - Saxta vəsiqə ilə gəzir - VİDEO

Bu gün, 17:34

Bakıda özlərini Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edən şəxslər sahibkarlardan pul tələb ediblər.

Ölkə.az-ın xəbərinə görə, hadisə paytaxtın İbrahimpaşa Dadaşov küçəsi 99e ünvanında baş verib.

Yayılan görüntülərdən məlum olur ki, həmin şəxs sözügedən küçədə avtomobil ehtiyat hissələri satan obyektə qarşı dələduzluq edib. Belə ki, saxta xidməti vəsiqə göstərilərək 300 manat dəyərində katalizatoru götürərək, əlavə olaraq ustadan 200 manat nağd pul alıb və ümumilikdə, 500 manat məbləğində ödəniş edəcəyini bildirib. 

Daha sonra 500 manatın karta köçürüldüyünü göstərən saxta ödəniş qəbzi təqdim edib. Sonradan bank hesabı yoxlanılarkən ödənişin faktiki olaraq həyata keçirilmədiyi müəyyən edilib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu göndərilib.




 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi