azia.az
azia.az

Bolt for Business Baku Film & Comic Con-a dəstək verir

Bu gün, 11:30

Game of Thrones” və “Stranger Things” ulduzu Bakıya gəlir

Sentyabrın 13-də Baku Ekspo Mərkəzində keçiriləcək Baku Film & Comic Con” kino, serial, komiks, anime, oyun və kospley həvəskarlarını bir araya gətirəcək. Tədbirin tərəfdaşlarından biri olan Bolt for Business qonaqların məkana daha rahat gediş-gəlişinə dəstək verəcək.

Festivalın əsas qonaqlarından biri Game of Thrones” serialında Jaqen Hghar və “Stranger Things”də Dmitri Enzo” Antonov obrazları ilə tanınan dünya şöhrətli aktyor Tom Vlaşixa olacaq. Tədbir çərçivəsində təşkilatçılar Bolt for Business-in korporativ idarəetmə platforması vasitəsilə qonaqlar üçün xüsusi gediş endirimləri təqdim edə biləcəklər.

Baku Film & Comic Con” proqramına səhnə müsahibələri, kospley şousu, K-POP müsabiqəsi, oyun turnirləri, master-klaslar, anime məhsullarının yarmarkası və 20-dən çox interaktiv zona daxildir.

Bolt for Business şirkətlərə və təşkilatlara əməkdaşların, qonaqların və tərəfdaşların işgüzar səfərlərini vahid platformadan idarə etməyə imkan verən həll təqdim edir. Platforma vasitəsilə səfərlərin təşkili, gedişlərin idarə olunması və xərclərə nəzarət daha sadə və çevik həyata keçirilə bilər.

Bolt üçün belə tədbirlərə dəstək yalnız məkana gediş-gəlişi asanlaşdırmaq deyil, həm də iştirakçılara şəxsi avtomobildən istifadə etmədən rahat alternativ təqdim etmək deməkdir. Baku Film & Comic Con” kimi geniş auditoriyanı bir araya gətirən tədbirlərdə bu, həm qonaqların məkana daha rahat çatmasına, həm də parklanma və nəqliyyat yükünün azalmasına töhfə verə bilər. Bolt for Business isə təşkilatçılara qonaqların gedişlərini daha çevik şəkildə idarə etməyə və onlar üçün xüsusi nəqliyyat imkanları təqdim etməyə kömək edir.

13 sentyabrda Baku Ekspo Mərkəzində keçiriləcək Baku Film & Comic Con” ziyarətçilərə kino və serial dünyasının məşhur simaları ilə görüşmək, müxtəlif əyləncə zonalarını kəşf etmək və pop-mədəniyyət atmosferini yaşamaq imkanı verəcək.

Biletlər iTicket.az üzərindən əldə edilə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi