azia.az
azia.az

"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında

Bu gün, 10:01

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

Azia.az  pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: Fuad Muradov və digərləri 2023-cü ilin oktyabr ayında saxlanılıb. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan olunub.

İttihama görə, onlar 7 nəfərə qarşı hədə-qorxu ilə pul tələb ediblər.

Gəncə Ağır Cinayətlər Məhkəmsinin hökmü ilə Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanovla Gülnar Hacıyeva isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs və onun müdafiəçisilərinin apellyasiya şikayəti qismən təmin edilib, Ramil Paşşanovun cəzası azaldılaraq 5 ilə endirilib. Gülnar Hacıyevaya isə 5 il cəza müəyyən edilib. Azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırlatma: Fuad Muradov “Qazaxlı Alik” ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi