azia.az
azia.az

“TRLG-230 raketlərini ilk dəfə Qarabağda sınaqdan keçirdik...”

17-08-2021, 01:31

“TRLG-230 raketlərini ilk dəfə Qarabağda sınaqdan keçirdik...”
Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan “Roketsan” lazerlə hədəfə yönləndirilən TRLG-230 raketinin ilk dəfə ötən ilin payızında Qarabağdakı müharibə zamanı sınaqdan keçirildiyini açıqlayıb. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstanbulda sabah işə başlayacaq IDEF-2021 hərbi sənaye sərgisi ərəfəsində keçirdiyi brifinqdə “Roketsan” şirkətinin direktoru Murat İkinci bildirib.

O, deyib ki, IDEF-2021 sərgisində “Roketsan” şirkəti 9 məhsulunu ilk dəfə nümayiş etdirəcək. “Türkiyə hərbi sənayesinin meydan oxuyacağı bu sərgidə “Roketsan” da öz silah sistemləri ilə diqqət mərkəzində olacaq”,-İkinci deyib.
“TRLG-230 raketlərini ilk dəfə Qarabağda sınaqdan keçirdik...”


Murat İkinci “Roketsan”ın işləyib hazırladığı TRLG-230 raketi ilə bağlı məlumat verib. “Qarabağ savaşı zamanı yaşamış olduğumuz sıxıntılar zamanı inkişaf etdirdiyimiz bir raketimiz var. Məlum olduğu kimi, 230 millimetrlik raketlərimizin hədəfə yönləndirmə sistemləri GPS və koordinatlardan asılı idi. Bunları lazerlə yönləndiriləcək hala gətirdik və çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edildi”,-o bildirib.Karabağ Savaşı TRGL-230 güdümlü topçu füze atışları.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi