azia.az
azia.az

Gecə ilə gündüzün yarımçıq görüşü

Bu gün, 12:32

Təranə Şəms

Astronomiya elmində ay, günəş, ulduzlar, gecə, gündüz kimi materiallar Yer üçün mühüm yerlərdən birini tuturlar. Nədənsə, bu dünya yaradılandan gecə və gündüzün bir-biri ilə qovuşması kimi detallar heç nəzərə çarpmayıb. Burada “niyə?” sualı meydana çıxmaqda haqlı deyilmi? Əlbəttə, haqlıdır! Nədən onlar birləşə bilmirlər? Bu sual isə hər kəsin marağını əhatə edir.

Gəlin sizinlə birgə, təmsilin köməkliyi ilə bu suala cavab axtaraq. Bir anlığa diqqət edək, görək axşam necə düşür və sabah necə açılır. Belə variantda günəş səhər açılanda sabahın içindən keçir və təsadüfi görüşlə günəşlə salamlaşıb gündüzə qovuşur. Onlar sadəcə salamlaşırlar və bir-birindən hal-əhval tuta bilirlər.

Bəs axşam necə olur? Axşam da hadisə eynilə baş verir. Biz insanlar onların dilində yarımçıq qalan sözləri eşidə bilirik. Bəs həqiqətən günəşin önünü kəsən nə ola bilər? Belə cavab düşünmək məqsədəuyğun görünür.

Səhər açılan zaman günəşlə buludun toqquşması da əksər hallarda baş verir. Belə hallarda isə nə gecə danışa bilir, nə də gündüz. Çünki görünən bulud gecə ilə gündüzün qabağını kəsmiş olur. Belə vəziyyətdə gecə ilə gündüzün danışıqları bu formada yarımçıq qala bilir.

Məsələn, gecə gündüzə salam verəndə onu zor güclə eşidər və qırıq-qırıq səslə axşama salam verib keçər. Sonra axşama kimi bulud çəkilməyəndə isə yenə də bu yaranmışların sözləri daima yarımçıq qalır və bəzən heç nə anlaşılmır.

Sual yaranır: Niyə belə hallar baş verir görəsən? Bəlkə belə hadisə özü Yaradan tərəfindən yaradılmış bir müəmmadır?

Bu sözləri deyə-deyə hadisəni izləyən insan irfani bir duaya müraciət edir. Bir az keçməmiş ağ paltarlı, ağ saçlı, nurani bir insan həmin işləri idarə edən insana yaxınlaşır və deyir:

— Mən lap çoxdandır diqqət edirəm ki, insanlar göydə baş verən hadisələr barədə çox nigaran qalırlar. Sizcə, belə hadisələri edən bir Yaradan var? Və bütün hadisələrə Yaradan özü diqqət edir. Belə hadisələrə irfani baxışla diqqət yetirilir.

Onu bilmək lazımdır ki, müasir dövrdə yaşasaq da, tam müasir texnikalardan istifadə etsək də, bizlər Yaradanın etdiklərini təkrar edə bilmərik. Onun özünə görə yolu var və belə də həyatı idarə edir.

Bir anlıq düşünək: gecə və gündüz ikisi də eyni vaxtda açılsın və qapansın. Düşünə bilərikmi, nələrin baş verə biləcəyini?

Bu üzdən hər bir iş təqdiri-ilahidəndir. İnsan Allahın etdiklərini etmək qüdrətinə malik deyildir və heç vaxt da olmayacaq.

Dərin zəkalı insanlar belə hadisəni çox dərindən başa düşürlər.

Allah nə edərsə, gözəl edər.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi