Azərbaycanın “Pələng”ləri İrəvana doğru: Bir raket 120 kilometr ərazini məhv edir
Azərbaycanın “Pələng”ləri İrəvana doğru: Bir raket 120 kilometr ərazini məhv edir
Türkiyəli müəllif Can Kasapoğlunun ABŞ-ın Ceymstaun Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqaləsi Ermənistanda ciddi təşvişə səbəb olub.
Azia.az xəbər verir ki, C.Kasapoğlu Azərbaycanın Naxçıvandakı hərbi qüvvələrini gücləndirdiyini yazır.
Qeyd edir ki, bu addımlardan biri Türkiyədən alınan müasir TRG-300 “Pələng” reaktiv yaylım atəşi sistemlərinin muxtar respublikaya yerləşdirilməsidir.
“Roketsan” şirkətinin istehsalı olan “Pələng” sistemləri Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır. GPS sistemi ilə dəstəklənən “Pələng” sistemi 105 kiloqram ağırlığında döyüş başlığına malikdir, raketin radiusu 120 kilometrdir. Hərçənd, raketin dağıdıcı gücü bundan da çoxdur. 190 kiloqram döyüş başlığı daşıyan “Pələng” raketi 90 kilometr məsafədəki hədəfi darmadağın edə bilər.
Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri fonunda bu məqalənin yayımlanması Ermənistanın qorxularını artırıb və erməni mediasında müxtəlif versiyaların səslənməsinə səbəb olub.
“News.am” saytı iddia edir ki, Azərbaycan mümkün müharibədə Ermənistan ordusunun hərəkətini yayındırmaq və Qarabağdakı hərbi birləşmələrlə əlaqəsini kəsmək üçün paytaxt İrəvanı hədəfə ala bilər.
“Azərbaycan sərhədlərinə yerləşdirilən raket sistemlərinin belə bir imkanı var. “Pələng” sistemlərinin Naxçıvana yerləşdirilməsi də bu cür ehtimalları gücləndirir”, – sayt yazır.