Türkiyə koronavirus əleyhinə vaksin istehsal etdi
“Apreldə yerli vaksinin insan üzərində sınağı başlayacaq”.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
Onun sözlərinə görə, yerli vaksinin klinikadan əvvəlki sınaq mərhələsi uğurla tamamlanıb: “Aprelin 1-dən vaksini insan üzərində sınaqdan keçirəcəyik. Peyvəndin Türkiyənin Əczaçılıq və Tibbi Cihazlar İdarəsi tərəfindən təsdiqlənməsi gözlənilir”.
Nazir Türkiyənin sənaye və vaksin sahəsində böyük inkişafa malik olduğunu da vurğulayıb.