azia.az
azia.az

Bu dəfə “Aksungur” hədəfi 340 kiloqram döyüş başlıqlı “ağıllı” bomba ilə vurdu

26-04-2021, 12:51


Türkiyənin hərbi sənayesi daha bir döyüş pilotsuz təyyarəsinin ağllı bomba tətbiq etməklə döyüş sınaqlarını uğurla həyata keçirib. Virtualaz.org xəbər verir ki, ötən gün TÜSAŞ ( Türkiyə Havacılık və Uzay Sənayesi ) şirkətinin işləyib hazırladığı uzaqmənzilli “Aksungur” döyüş pilotsuz təyyarəsi 340 kiloqram ağırlığında döyüş başlığına malik KGK-82 ağıllı bombası ilə ilk döyüş atışı həyata keçirərək 30 kilometrdən artıq məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Ağıllı döyüş sursatının hədəfi 2.5 metr dəqiqliklə vurduğu bildirilir.
Bu dəfə “Aksungur” hədəfi 340 kiloqram döyüş başlıqlı “ağıllı” bomba ilə vurdu
“Aksungur” yüksək faydalı yük əmsalına malikdir, 750 kiloqram faydalı yük daşıya bilir və 12 min metrdən çox yüksəklikdə uçaraq 24 saat havada qala, kəşfiyyat apara, hədəfləri təsbit edə və vura bilir.
KGK-82 qanadlı və lazerlə hədəfə yönləndirilən bombadır, ABŞ-ın “Mark-82” bombasının prototipidir. Türkiyədə bu bombaların üç variantı hazırlanır. 1000 kiloqramlıq döyüş başlığına malik KGK-MK-83 bombası lazer yönləndirmə sisteminə malik deyil, amma F-16 təyyarələri üçün modifikasiya edilən 500 kiloqramlıq KGK-82 bombaları lazer yönləndirmə sistemi ilə təchiz olunub. İndi Türkiyə hərbi sənayes bu bombaların xüsusi olaraq döyüş pilotsuz təyyarələri üçün nəzərdə tutulan yeni variantını (340 kiloqramlıq) işləyib hazırlayıb.
Bu dəfə “Aksungur” hədəfi 340 kiloqram döyüş başlıqlı “ağıllı” bomba ilə vurdu
Xatırladaq ki, ötən həftə “Baykar Savunma” şirkəti özünün “Akıncı” döyüş pilotsuz təyyarəsinin ilk döyüş atışlı sınağını həyata keçirmişdi. “Akıncı” “ROKETSAN” şirkətinin işləyib hazırladığı, 94 kiloqram döyüş başlıqlı MAM-T ağıllı raketi ilə 30 kilometr məsafədən hədəfə dəqiq zərbə endirmişdi. Habelə “ROKETSAN”ın yaydığı animasiyada “Akıncı” pilotsuz döyüş təyyarəsindən buraxılan MAM-T raketinin Rusiya istehsalı olan “Pantsir” zenit kompleksini vurduğu əks olunurdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi