azia.az
azia.az

İran dünyada ən çox müsəlman öldürən ölkədir.

27-06-2022, 09:01

İran dünyada ən çox müsəlman öldürən ölkədir.
İranın dünyada ən çox müsəlman öldürdüyünü iddia etmək bir qədər çətindir,ancaq Tehranın teopolitik konsepsiyası çox canlar alıb.
Tehranın geopolitikasının ən vacib elementini teopolitik maraqlar,1979-cu ildə Xomeyninin şiə inqilabının ekspansiyası təşkil edir.Əslində,Əhəməni dövlətindən absalyut monarxiya olan Pəhləvi rejiminə qədər İranda bütün etnosların hüquq və azadlıqlarına heç 1 qəpik də dəyər verilməyib.
İranın keçmiş prezidenti olmuş Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Rəfsəncani "Al-Monitor"nəşrinə verdiyi müsahibədə bəyan edib ki,İran İsraildən daha çox müsəlman öldürüb.
Faizə Rəfsəncaninin atası Haşimi Rəfsəncani siyasi baxışları mühafizəkarlara yaxın olub və indi siyasətçi,aktivist qızının rejimin birbaşa dayaqlarına "ilişməsi"şübhəsiz ki,ona qarşı əks təbligatı başladacaq.Hətta iddia edirəm ki,başda ali rəhbər Xamaneyinin nəzarətindəki "Keyhan"qəzeti olmaqla,sabahdan Faizə Rəfsəncaniyə qarşı mühafizəkar media orqanlarında linç prosesi başlayacaq.
Faizə Rəfsəncanı nə deyir?
İranlı siyasətçi,qadın hüquqları üzrə aktivist F.Rəfsəncani deyir ki,bizim xətalarımız İsrail,ABŞ və Şah rejimi də daxil olmaqla,pis olaraq gördüyümüz bütün dövlətlərin səhvlərindən daha artıqdır.
Diqqətlə analiz etsək görərik ki,F.Rəfsəncani rejimin dünyagörüşünə,onu var edən,mövcudiyyətini yaşadan dəyərləri agır şəkildə ittiham edir.Yəni,hazırkı rejimin siyasi qərarları,atdıgı addımlar və hətta bundan sonra edəcəkləri də İsrail və ABŞ ilə müqayisədə daha acınacaqlı,təhlükəli həddədir.
F.Rəfsəncanıyə görə,Suriyada dünyasını dəyişmiş 500 min müsəlmanın ölümündə(əslində,bu rəqəm 1 milyonun üzərindədir),Yəməndə son 7 ildir davam edən vətəndaş müharibəsində də İranın böyük rolu var.
Bundan əlavə,F.Rəfsəncani İsrail-Fələstin konfliktində ölən 100-200 min insandan daha çox İran dünyada müsəlman qətlə yetirib.
Əlbəttə,İran SEPAH vasitəsi ilə Suriyada Bəşər Əsəd rejiminə hər cür dəstək verib və beləliklə,yüzmünlərlə müsəlmanın ölümündə,milyonlarla suriyalının qaçqın düşməsində "müstəsna"rol oynayıb.
Faizə Rəfsəncaninin bir aktivist,siyasətçi kimi sözləri,bəyanatları təqdirəlayiqdir.Lakin İrandakı rejim sadəcə ölkə xaricindəki müsəlmanları deyil,eyni zamanda,daxildəki aktivistləri də ən pis halda öldürür,ən yaxşı halda isə Tehrandakı "Evin"həbsxanasında ən agır işgəncələrə məruz qoyur.
İran azərbaycanlılarının milli-mədəni muxtariyyəti ugrunda mübarizə aparan Abbas Lisani başda olmaqla,yüzlərlə soydaşımız qazamatda yatırlar.
İrandakı rejimin heç farslara da bir faydası yoxdur.Rejimin iranlı təbəəyə faydası toxunsaydı,minlərlə fars Almaniyada evangelist kilsələrdə protestantlıgı qəbul etməzdi.
Abbas Lisaniyə azadlıq!
P.S.Ümid edirəm ki,Azərbaycandakı "Kərimə Dövlət"tərəfdarları da Faizə Rəfsəncanidən faydalanacaqlar.Və ən başlıcası,Abbas Lisani üçün də səmimiyyət nümayiş etdirəcəklər

Kamal Alıyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi