İsrail, Suriyadan atılan raketlərin işğal olunmuş Colan Təpələrinə atıldığı iddiasıyla Əsəd rejiminə qarşı hava hücumu təşkil etdi. Hücumda rejimə aid iki tank məhv edilib.
azia.az bildirir ki, Suriya rejiminə aid iki tankın vurulduğu ifadə edilən açıqlamada, "İsrailin suverenliyini qəbul edilməz bir şəkildə pozmasından dolayı Birləşmiş Millətlər Sülh Gücünə rəsmi bir etiraz göndərilib"-deyə bildirildi.
Qeyd edək ki, İsrail ordusundan daha əvvəl edilən açıqlamada, Suriyada davam edən vətəndaş müharibəsi səbəbindən atılan bəzi raketlərin səhvən İsrail işğalı altındakı Qolan Təpələrinin şimalına atıldığı iddia edilmişdi.
İsrail Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana zaman-zaman Suriya və Holan Təpələrindən torpaqlarına raket atıldığını irəli sürərək, İran dəstəkli Hizbullah qüvvələrinə və rejimə məxsus hərbi nöqtələrə əməliyyatlar keçirir.
İsrail rəhbərliyi adətən bu cür hücumları rəsmi olaraq təsdiq etməkdən çəkinir.
Nargül Qələndərli