azia.az
azia.az

Xamneyi: “Biz “İsrailin məhvi” dedikdə yəhudi xalqını yox, sionist rejimini nəzərdə tuturuq”

15-11-2019, 22:00


“İsrailin məhv olunması adı altında biz şübhəsiz ki, sionist rejimin yox edilməsini və dünyanın Benyamin Netanyahu kimi cinayətkarlardan qurtulmasını nəzərdə tuturuq”.
Xamneyi: “Biz “İsrailin məhvi” dedikdə yəhudi xalqını yox, sionist rejimini nəzərdə tuturuq”
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər İranın ali dini rəhbəri, Seyid Əli Xameneyi tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, İsrailin məhvi, müsəlman, yəhudi və xristanlar da daxil olmaqla Fələstin xalqının öz müqəddəratını həll etmək və “Netanyahu kimi banditlərdən yaxa qurtarmaq” anlamına gəlir.

“Bizim Fələstinlə bağlı mövqeyimiz qətidir. Bu, heç də yəhudi xalqının qırılması demək deyil. İran onların zərər görməsini istəmir. Bu sadəcə rejimin və dövlətin ləğv edilməsini nəzərdə tutur. Biz Fələstinin müstəqilliyindən yanayıq və heç də antisemit deyilik. Yəhudilər İranda tam təhlükəsizlik şəraitində yaşayırlar”, -deyə Əli Xameneyi qeyd edib.

İran rəhbəri bundan başqa ABŞ-ı da unutmayıb:

“İslam vəhdətini ABŞ və sionist rejimi kimi düşmənləri mövcuddur. ABŞ təkcə İranın deyil, bütün islam dünyasının düşmənidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi