azia.az
azia.az

Nümunəvi təhsil ocağı

24-10-2022, 18:36

                                    

 

Bakının Sabunçu rayonunda yerləşən qabaqcıl təhsil ocaqlarından biri də Akif Qambayzadə adına 148 saylı tam orta məktəbdir.  Təhsil ocağında 1200 şagirdin təlim-tərbiyəsi ilə 66 nəfər müəllim kollektivi məşğul olur. Elmin yollarında inamla addımlayan bu təhsil ocağına təcrübəli pedaqoq Babayeva Esmira xanım rəhbərlik edir. Direktorun faydalı iş əmsalı sayəsində məktəbdə uğur-uğur qalanmaqdadır. Öz işlərini yaxşı bilən savadlı müəllim ordusu işlərini daim günün tələbləri səviyyəsində qurur. Bu da nailiyyətlərin başlanğıcı deməkdir. Bu sahədə payı olanlar az deyil, onlardan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İbrahimova Məlahət xanımı, dərs hissə müdiri Qasımova İlahə xanımı,  azərbaycan dili və ədəbiyyat müəllimlərindən Zeynalova Leylan xanımı, Bağdagül xanım Vəliyevanı, riyaziyyat müəllimləri Niftəliyeva Hökumə xanımı, ingilis dili müəllimlərindən Xurşudova Nərgiz xanımı, Sadiqova Zəhra xanımı, Əliyeva Lamiyə xanımı, GCH  müəllimi  Ələmdar Mirzəyevi və başqalarını nümunə göstərə bilərik. Onu da xüsusilə qeyd edək ki, Ələmdar müəllim yaxşı işinə görə «Zəfər» ordeninə layiq görülüb. Həmin məktəbin bu ilk tədris ilində  500-dən yuxarı bal toplayan məzunları da az deyil.  Yüksək  bal toplayan şagirdlərdən Vəlizadə Fazil 656 bal, Kərimova Şəlalə 500-dən yuxarı, Əsədzadə Hüseyn və Məmmədova Pərvanə və başqalara yüksək bal toplayıb Müəllimlərdən Zeynalova Leylan xanım səmərəli işinə görə rəhbərlik tərəfindən fəxri fərmana layiq görülüb. Təhsil ocağının  ibtidai sinif müəllimlərinin də əməyi xüsusilə qeyd edilməlidir. Onlara təhsilin əlifbasını öyrədən müəllimlərdən  Mehriban xanım  Qasımlının, Reyhan xanım Hacıyevanın, Tahirə xanım Orucovanın, Aytən xanım Məmmədovanın, Sabirə xanım Əsədovanın adlarını qürurla çəkə bilərik.  Sabirə müəllim artıq 28 ildir ki, bu tədris ocağında çalışır. Həyata vəsiqə alan bir neçə buraxılışı ilə fəxr edir.  İbtidai sinifin dərs hissə müdiri Bəxtiyarova Brilyant xanımın adını qeyd etməkdən qürur duyuruq. Adlarını qeyd etdiyimiz müəllimlər öz üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirirlər. 

Ceyhun Vaqifoğlu

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi