Sağlamlıq üçün həkimlərə borcluyuq
Sağlamlığımız üçün həkimlərə borcluyuq
Həyatda sağlamlığımız üçün göydə Tanrıya, yerdə isə Hippokrat andına sadiq olan loğmanlarımıza minnətdarıq. Gecəli-gündüzlü xəstə insanların müalicəsi ilə məşğul olan tibb işçilərimiz daim sevib-seçdikləri peşələri ilə qürur duyurlar. Öz peşəsi ilə qürur duyan həkilərimizdən biri də Şabanzadə Reyhandır. Reyhan həkim 2008-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə qəbul olunub. 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin Tədlris Cərrahiyyə Klinikasının radiologiya ixtisasına daxil olub. 4 il həmin sahədə radiologiyanın bütün sahələrinə yiyələnib. Səhiyyə Nazirliyinin göstərişi ilə 4 ildən sonra 28 saylı Birləşmiş Şəhər Xəstəxanasında rentgenoloq vəzifəsini icra etmişdir. Bu illər ərzində həm stasionr, həm də ambulator xəstələrə tibbi xidmət göstərmişdir.
Həmin tibb ocağının həkimi Quliyeva Könül hələ uşaqlıqdan ən ümdə arzusu böyüyəndə həkim olmaq insanların sağlamlığı keşiyində durmaq olub. Bu minvalla da ATU-nun müalicə işi fakültəsinə sənədlərini təqdim edib tələbə adını qazanır. Sonradan yəni ali təhsil aldıqdan sonra Bakı şəhərindəki 28 saylı Bakı Şəhər xəstəxanasında USM həkimi kimi fəaliyyət göstərir. Artıq Könül xanım 10 ildir ki, burada əzmlə çalışır. Biz həkimlərin işlədiyi ərazidə 10 min nəfərdən yuxarı sakinə tibbi xidmət göstərilir. Əslən Göyçə mahalından olan bu həkimin bir yeganə arzusu da var ki, doğulub boya-başa çatdığı yerlərə dönməkdir.
Könül həkimin bu arzusu da çox çəkməz ki, reallaşar. Necə ki, 30 il həsrətində olduğumuz Qarabağ torpaqları yağı düşməndən azad edildi.
28 saylı Birləşmiş xəstəxanada fəaliyyət göstərən həkimlər daim insanların sağlamlığı naminə əllərindəçn gələnləri əsirgəmirlər. Belə həkimlərdən biri də bu xəstəxanada çalışan laboratoriya həkimi Manafova Yeganə Fətəli qızıdır. O da Tibb İnstitununu bitirdikdən sonra bu peşə-yəni həkimlik peşəsi ilə ülfət balğayıb. Kollektiv arasında xüsusi hörməti olan Yeganə və başqa həkimlərin qeyd etdiyinə görə bu sahədə püxtəçləşməsində baş həkim Çingiz İbadullayevin xidmətləri böyükdür.
Ceyhun