azia.az
azia.az

Şərəfli Yolun davamçısı

24-10-2022, 18:17

 

Mehdiyeva İradə Nadir qızı kordioloji sanatoriyada  fizioterapevt həkimi kimi çalışır. 40 ilə yaxındır ki, İradə xanım öz peşəsində əzmlə çalışır. Bu işin ilə xüsusi fəxr edir. Onun bu peşəyə yiyələnməsində anası  dossent Mirzəyeva Mənsurə xanımın xüsusi əməyi olub. Bir sözlə İradə həkimə bu peşəni anası sevdiribdir. Mənsurə xanım Mirzəyeva BDU-nun neft-kimya kafedrasında çalışıb. O da öz işi ilə kollektivin dərin rəğbətini qazanıb. İradə həkim də anası kimi tanınmış bir insan olmaq arzusu ilə yaşayır. İradə xanım həm də yaxşı ana kimi tanınır. Onun tərbiyə etdiyi iki övladı da onun yolunu davam etdirərək Tibb Universitetini bitiriblər. Onu da xüsusilə qeyd edək ki, İradə xanımın həyat yoldaşı Sədi də tibb universitetini bitirib. Maştağa qəsəbəsində yerləşən 7 saylı Bakı Şəhər Xəstəxanasında cərrah həkimi kimi çalışır. Onun 60 illik yubileyi ilə əlaqədar olaraq rəhbərlik bu təcrübəli cərrahın dəfələrlə əməyini qiymətləndirmiş mükafatlar, təşəkkürnamələr təqdim etmişdir. 

 

(Oğlu Elnur İrəvanlıdan anasına ithaf)

 

Zirvədən-zirvəyə gedən bu yolda,

Daim uca görüm başını anna.

Sevgi nəvazişilə hörüb bəzənsin,

Ömür sarayının daşı ana!

                                  

Bilgəh Sanatoriyasının baş həkiminin müavini Əsədulla Əsgərov Lerik rayonunun Hiledərə kəndində dünyaya göz açıb. Atası Həzərxan kişi  Biləsuvar rayonunun Əsgərabad kəndinə köçürülüb. Əsədullanın valideynləri kolxozda işləyib, halal zəhmətlə dolanıblar. Əsədullanın yeniyetməlik dövründə atası dünyasını dəyişib. 4 qız və 4 oğlan uşağını böyüdüb ərsəyə çatdırmaq Əminə ananın kövrək çiyinlərinə düşüb. Onları ev-eşik sahibi edib. Bir əsrdən çox ömür sürüb. Sonra isə Nizami adına Biləsuvar şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Orta məktəbi bitirəndən sonra ailəyəç kömək məqsədilə poçt şöbəsində və məktəbdə çalışıb. Əsədulla 1969-cu ildə Tibb Universitetinin müalicə-profilaktika  fakültəsinə qəbul olub. Qabaqcıl tələbə oldu. İnsanlara sağlam həyat bəxş etməyi özünə borc bildi. 1976-cı ildə İstisu Sanaptoriyasında əmək fəaliyyətinə başladı. Dərin biliyi, bacarığı, savadı ilə kollektiv arasında seçildi. 48 illik iş stajının 30 ilini Bilgəh Sanatoriyasında qoymuşdur. Əsgərov Əsədulla həkim 70 illiyini 15.04.2019-cu ildə qeyd etmişdir. 

Bu sanatoriyanın baş həkimi Muxtar Əhmədov da söhbət əsnasında vurğulamışdır ki, Əsədulla kollektivimizin sevimlisi olmaqla bərabər həm də çox savadlı bir həkimdir.      

Əsədulla həkim bir müddət Şuşa Kurort Sanatoriyasında baş həkimin müavini işləyib.

Həmin tibb ocağının həkimi Quliyev Akif həkimin dediyinə görə tib elmləri namizədidir. Bir müddət Moskvada da işləyib. İşlədiyi müddət ərzində kollektivin dərin hörmətini qazanıb. Hazırda isə Bilgəh Kordioloji Sanatoriyasında şöbə müdiridir. Ümumilikdə 40 ildən yuxarı iş stajı var. 

Belə həkimlərdən biri də Şahməmmədov Şərif, Ağarzayeva Rima, Fatimə Məmmədova, kadrlar işi üzrə Rzayevə Məlahət, Şərif həkimin və digərlərinin əməyi xüsusilə qeyd etmək olar.   

Ramiz Məhəmməd oğlu Əliquliyev Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Kəlbəcərə İstisu sanatoriyasına təyinatla işə göndərilib. Bir həkim kimi burada əzmlə çalışıb. 1975-ci ildən isə Bilgəhdəki kordioloji sanatoriyaya göndərilib. Bir sözlə həkimə harda ehtiyac duyulubsa orada da çalışmağı hər şeydən üstün tutub. Ramiz həkim ali dərəcəli kordioloq adına layiq görülüb. 1998-ci ildən bir müddət əvvəl  kordioloq həkim işləyib. İşlədiyi müddət ərzində bir sıra fəxri tibb mütəxəsisi adlarına layiq görülüb. İşlədiyi tibb ocaqlarında əməkdar, namizədlərlə bir yerdə çalışmaqdan da nürur hissi keçiribdir.


Ceyhun



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi