azia.az
azia.az

Forum məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılmasında müsbət rol oynayacaq

9-04-2016, 14:37

Forum məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılmasında müsbət rol oynayacaq Aprelin 9-da Bakıdakı 6 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə birgə reallaşdırdığı “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin birinci Ekoloji Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Yaşıl şəbəkə” devizi altında keçirilən forumun əsas məqsədi gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Ekoklub”lar şəbəkəsinin yaradılması, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasıdır.

Tədbirdə çıxış edənlər məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, ətraf mühitin öyrənilməsi və qorunması sahəsində gənc nəslin fəal iştirakının təmin olunmasını müsbət dəyərləndiriblər.

Forumda “Yaşıl iqtisadiyyat”, “Yaşıl dialoq”, “Yaşıl turizm”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl innovasiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” bölmələrində qruplarla müzakirələr təşkil olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi