azia.az
azia.az

İçdiyimiz suyun tərkibi və zərəri

7-04-2016, 20:56

İçdiyimiz suyun tərkibi və zərəri Su həyatdır demişdir aqillərimiz. Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir.
Dünya əhalisinin yüksək artım tempi, ətraf mühitin çirkləndirilməsi və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir. Ümumi su balansı sabit saxlanıldığı halda son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər hər 8 saniyədə 1 uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80% xəstəliklər və ölüm hadisələri məhz içməli su ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80%-i keyfiyyətsiz sudan istifadə edir.

Bəs Respublikamızda su təminatı və təhlükəsizliyi hansı səviyyədədir. Paytaxt Bakının içməli su təminatı 4 mənbədən qidalanırdı – ümumi uzunluğu 187 kilometr olan Bakı-Şollar su kəməri, “Samur-Abşeron” kanalı, Kür çayı və Ceyranbatan Su Anbarı. 2010-cu ilin dekabrında isə ümumi uzunluğu 300 kilometr olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilməklə şəhər əhalisinin təmiz içməli suya olan tələbatının ödənilməsində qismən irəliləyiş olmuşdur.
İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Su çatışmazlığı həmçinin mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,3-1,7 mln. insan üçün nəzərdə tutulsa da, hazırda paytaxt sakinlərinin sayı 2 dəfə artıb.
Bu gün respublika ərazisinin 3/4-ü Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biri olaraq qalır. Azərbaycana bu çay vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır və hər iki dövlətin şəhərlərinin təmizlənməmiş tullantı sularının Kür çayına axıdılması onun hidrokimyəvi reyiminə və suyun keyfiyyətinə güclü təsir edir. Şirin su ehtiyatlarımızın daha bir qismi Araz çayı hesabınadır ki, bu çay da İran və Ermənistan ərazisində çirklənməyə məruz qalır. Şimaldan - Rusiyanın Dağıstan ərazisindən gələn Samurda da vəziyyətin yaxşı olduğunu söyləmək mümkün deyil.
Maraqlı və bizim üçün təhlükəlisi budur ki, nə Ermənistan, nə də Gürcüstan ətraf mühitin mühafizəsi üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayıb. Halbuki Azərbaycan bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə Konvensiyanın iştirakçısıdır. Məhz transsərhəd çirklənmənin səviyyəsinə nəzarət üçün Qazax (Kür çayı) və Beyləqan (Araz çayı) rayonlarında regional laboratoriyalar-monitorinq mərkəzləri yaradılıb.
İqtisadi cəhətdən günü-gündən inkişaf edən ölkəmizdə əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilir. 224 min əhalisi olan 12 rayonun 122 kəndində içməli su üçün nəzərdə tutulan təmizləyici qurğular - Modul Tipli Stansiyaların quraşdırıldığını buna misal gətirmək olar. Gələcəkdə belə qurğuların sayının və əhatə dairəsinin artırılması məqsədilə əlavə tədbirlər planı hazırlanır.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan Hökuməti ilə yanaşı, Dünya Bankı (DB), Asiya İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən "Azərbaycan Respublikasının kiçik şəhərlərində su təchizatı layihəsi", "Ümummilli Su təchizatı və kanalizasiya sistemlərinin bərpası layihə"si maliyyələşdirilir. Bu layihələr çərçivəsində Azərbaycanın 43 rayon və şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına dair layihələrin reallaşması istiqamətində işlər uğurla davam edir. Bundan başqqa Azərbaycan hökuməti Bakı kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində layihələrin reallaşması üçün əməli tədbirlər həyata keçirirlər.
Qeyd etdiyimiz bu layihələr ölkəmizin inkişafının prirotetini təşkil etməklə yanaşı “Əhalinin Sağlımlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun tərkib hissəni təşkil edir desək yanılmarıq. Çox təəssüflər olsun ki, məişət-tullantı sularının təmizlənməsi məqsədi ilə fəaliyyət göstərən mexaniki və bioloji təmizləyici qurğuların hamısı işlək vəziyyətdə olmamaqla yanaşı, bu qurğuların gücü içməli su hövzələrinə axıdılan çirkli su həcmindən az olması içməli su mənbələrinin antropogen təsirə məruz qalmasına səbəb olur.
Bundan başqa onu da qeyd etmək lazımdır ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və bir sıra iri şəhər və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur. Düzdür sahibkarlığın inkişafı ölkəmizin iqtisadi potensialını artırsa da əhalinin təhlükəsiz içməli suya olan tələbatının ödənilməsi üçün belə hallara qarşı respublikamızın hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.
Quraşdırılmasına milyonlarla vəsait xərclənmiş Modul Tipli Stansiyaların bugünkü vəziyyəti və bu gün əhaliyə verilən içməli suyun vəziyyəti barədə ayrı-ayrı rayonlar barədə növbəti sayımızda Şizləri daha ətraflı tanış edəcəyik.

Natiq ÖMƏR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi