azia.az
azia.az

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

23-02-2016, 19:06

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb İçərişəhərdəki “Muğam klub”da ilk “Novruz mühazirəsi” keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil ekspertləri iştirak ediblər.
“Novruz mühazirələri”nin ilk görüşündə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Davamlı inkişaf yaşıl düşüncə kontekstində” mövzusundan bəhs edib. U.Ələkbərov Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və dünyanın bir çox ölkələrində müvafiq mühazirələrin keçirildiyini deyib. Akademik dünya ölkələrinin inkişaf göstəriciləri, innovativ inkişafa təsir edən amillər, Azərbaycanın davamlı inkişafı mövzuları ətrafında fikir və düşüncələrini bölüşüb. Davamlı inkişaf sahəsində kadr potensialının formalaşması, inkişafın ölkə tarixindən asılılığı və innovativ idarəetmə: dövlət proqramlarının milli proqramlara transformasiyası məsələlərinə toxunan U.Ələkbərov müvafiq sahələrdə Azərbaycan və bir sıra digər dünya ölkələri üzrə müqayisəli statistikanı təhlil edib.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinə əsaslanan müzakirələr aparılıb.
Qeyd edək ki, “Novruz mühazirələri”nin “Təhsil” TV tərəfindən çəkiliərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanması nəzərdə tutulub. Mühazirələrin informasiya dəstəyi “Azad Azərbaycan” televiziyasına və Qafqazinfo.az saytına məxsusdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi