azia.az
azia.az

Azərbaycanı dərmanla zəhərləyən mafiya — ARAŞDIRMA

22-11-2019, 01:56

Azərbaycanı dərmanla zəhərləyən mafiya — ARAŞDIRMA
Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.
Respublika ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şirkətlərin keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirmələri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.2 (dərman vasitələrinin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlandı.
Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, aparılmış istintaqla “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyevin şirkətin fəaliyyətini vergi ödəyicisi kimi Vergilər Nazirliyində dayandırmasına baxmayaraq, həmin şirkətin faktiki olaraq satış şöbəsinin müdiri Hafiz Orucov və Satış təmsilçilərinin qrup rəhbəri Asim Kərimov ilə qabaqcadan əlbir olaraq birlikdə qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olmaqda davam etməsinə, ölkəyə “Epidbiomed”, “Loğman Farm” və “Gömrük Hospitalı” vasitəsilə dövlət qeydiyyatından keçməyən və uyğunluq sertifikatları olmayan dərman vasitələrinin idxal edilməsinə, habelə ölkə ərazisində istehsal olunan müvafiq normativ sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan keyfiyyətsiz dərman preparatlarının satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu məqsədlə adları qeyd edilən şəxslərin respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində işləyən ayrı-ayrı həkimlərə və digər tibb işçilərinə əvvəlcədən müəyyən edilmiş məbləğlərdə pul və qiymətli hədiyyələrin verilməsi müqabilində müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunmasına nail olmalarına, bu yolla dərmanları Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən dərman satışı nöqtələrinə paylayaraq dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etmələri diqqət çəkib.
Baş prokurorluğun məlumatına görə, göstərilən cinayətkar niyyətlərə nail olmaq üçün Müşfiq Nağıyevin, Hafiz Orucov və Asim Kərimov “Epidbiomed” şirkətinin təsisçisi və faktiki rəhbəri Namiq Əliyev, direktoru Surxay Mustafayev, direktor müavini Kamal Məmmədov, həmin şirkətdə həkim işləməklə gömrük sənədləşdirilməsi işlərinin icrası həvalə edilmiş Zaur Mustafayev, habelə “Loğman Farm” şirkətinin direktoru Hamlet Mehdizadə, direktor müavini Elnur İsgəndərov və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin rəis müavini Fərman Məmmədli ilə qabaqcadan əlbir olub aralarında əldə olunmuş razılığa uyğun olaraq mərhələli şəkildə müxtəlif vaxtlarda ölkə ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə külli miqdarda – 340 min manat dəyərində dövlət qeydiyyatından keçməyən dərman vasitələrini idxal etmələrinə, eləcə də həmin dərman vasitələri daxil olmaqla ölkə ərazisində istehsal edilmiş digər dərman preparatları ilə birlikdə ümumilikdə 289 adda 64 min qutu və 50 min flakondan ibarət cəmi 353 min manat dəyərində keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələrini Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 12 saylı ünvanda yerləşən “Sanimed” MMC-nin icarəyə götürdüyü anbarlarda, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 6/8 saylı ünvanında yerləşən apteklərində, “Loğman Farm” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 15 A, “Epidbiomed” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi, Nəsimi küçəsi 5 saylı ünvanlarda yerləşən anbarlarında saxlayaraq satışını həyata keçirmələri haqda siqnallar daxil olub.Hətta Baş Prokurorluq ictimaiyyətə müraciət edərək, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan, məlumatlı şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri barədə xəbərdarlıq da etdi.
Nəticə olaraq, qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edildiyindən Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev, Kamal Məmmədov, Elnur İsgəndərov, Surxay Mustafayev, Zaur Mustafayev və Hamlet Mehdizadəyə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün keçən ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Fərman Məmmədli barəsində isə Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığına görə, onun Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərildi.
Maraqlıdır ki, respublikanın böyük bir hissəsini əhatə edərək, cəmiyyətə saxta dərman satmaq ittihamı ilə təqsirli bilinib, hakim qarşısına çıxarılan bu şirkətin son aqibəti barədə heç bir məlumat əldə etmək olmur. Hətta ölkə mətbuatı da bu məsələdə nədənsə böyük susqunluq nümayiş etdirib.
Konkret.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib.Buna görə də, barəsində bu məzmunda ittihamın irəli sürüldüyü şirkətin fəaliyyətini, daha doğrusu, kimlərin bu şirkətlə dərman alqı-satqısında iştirak etdiyinin maraqlı və vacib olduğunu düşünərək, “Epidbiomed” MMC-nin qalib elan olunduğu dövlət satınalmalarını araşdırmağı özümüzə borc bildik. Məntiqlə düşünsək, əgər bir şirkətin bir çox epizodlarda tamah məqsədilə həkimlərlə razılaşıb, müxtəlif maliyyə və ticarət fırıldaqlarını həyata keçirdiyi məlumdursa, onda bu rəsmi ittiham, onların tender və kotirovkalarda da hansı üsullarla qalib gəldiyi haqqında ciddi suallar doğurur.
“Epidbiomed” MMC (VÖEN 1500338941) 2004-cü ilin noyabr ayının 19-da, hüquqi ünvanı, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 göstərilməklə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində dövlət qeydiyyatına alınıb. Qurumun qeydiyyat sənədlərindən, qanuni təmsilçisinin Əliyev Məmmədəli Sabir oğlunun olduğu görünür. Təşkilatın Yasamal rayonu, Zivər bəy Əhmədbəyov, 19-da fəaliyyət göstərdiyi bildirilir.
“Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və polikilinikaları tərəfindən keçirilən dövlət satınalmaları müsabiqələrində (tender və kotirovka) 104 dəfə qalib olub. (?!) Müsabiqələrin ümumi dəyəri 17 382 860, 15 manatdır.
Şirkətin idxal etdiyi dərman vasitələri arasında vaksinlər və zərdablar, insulin və diabetik dərmanlar, eləcə də digər (Albumin 20% 100 ML, Albumin 20% 50 ml, Striasan (pre), Striasan (post), Cathejell-Montavit, Kalsiy glukonat, Ampisilin, Riboksin kimi dərmanlar) dərman preparatları üstünlük təşkil edib.
“Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və poliklinikaları tərəfindən elan olunan dövlət satınalmaları müsabiqələrində qalib gələrək, 29 xəstəxana ilə dərman preparatları satışını həyata keçirib.
Astara rayon Mərkəzi Xəstəxanası – 279 000 (iki yüz yetmiş doqquz min) manat
Qısa ARAYIŞ: Astara rayon mərkəzi xəstəxanası 1 RMX, 4 kənd sahə xəstəxanası, 11 kənd həkim məntəqəsi, 21 tibb məntəqəsi ilə Astara rayon əhalisinə tibbi xidmət göstərir.
Astara rayon mərkəzi xəstəxanası 126 çarpayılıqdır. Cəmi rayon üzrə 186 çarpayılıq stasionar hissə vardır.
Rayon mərkəzi xəstəxanasında Cərrahiyyə şöbəsi 30 çarpayılıq, Terapiya şöbəsi 30 çarpayılıq, Mama ginekoloji şöbə 30 çarpayılıq, Uşaq şöbəsi 20 çarpayılıq, İnfeksion şöbə 10 çarpayılıq, Reanimasiya şöbəsi 6 çarpayılıqdır. Bundan əlavə Pəlikəş kəndində 15 çarpayılıq, Kijəbə qəsəbəsində 15 çarpayılıq, Pensər kəndində 15 çarpayılıq və Asxanakəran kəndində 15 çarpayılıq sahə xəstəxanaları fəaliyyət göstərir.
Astara rayon mərkəzi Xəstəxanasında 108 nəfər həkim çalışır. Onun 68 nəfəri kişi, 40 nəfəri qadındır. 455 nəfər orta tibb işçisinin 17-si laborant, 42 nəfəri mama, 396 nəfəri isə tibb bacısıdır. 366 nəfər kiçik tibb işçisi çalışır.
“Epidbiomed” MMC 2010-2012-ci illər ərzində Astara Mərkəzi Rayon Xəstəxanasının keçirdiyi dövlət satınalmalarında – dərman və sarğı materiallarının satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub. Beləki, şirkət 2010-cu ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2011-ci ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2012-ci ildə isə 100 000 (yüz min) manatlıq satınalamaların qalibidir.

Abşeron Mərkəzi Rayon Xəstəxanası
Saxta dərmanların satışında ittiham olunan “Epidbiomed” MMC Abşeron MRX-nın 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2011-ci ildə iki dəfə, hərəsi 269 987 (iki yüz altmış doqquz min doqquz yüz səksən yeddi) manat, 2012-ci ildə 280 400 (iki yüz səksən min dörd yüz) manat, 2013-cü ildə isə 666 990 (altı yüz altmış altı min doqquz yüz doxsan doqquz) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Abşeron MRX-nın birgə həyata keçirdikləri satınalmaların ümumi məbləği 1 487 364 (bir milyon dörd yüz səksən yeddi min üç yüz altmış dörd) manat təşkil edib.
Ağdaş Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Ağdaş MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2011-ci ildə 390 998, 71 (üç yüz doxsan min doqquz yüz doxsan səkkiz manat, yetmiş bir qəpik), 2013-cü ildə 405 000, 1 (dörd yüz beş min manat, on qəpik), 2014-cü ildə isə 402 994, 76 (dörd yüz iki min, doqquz yüz doxsan dörd manat, yetmiş altı qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Ağdaş MRX-nın birgə həyata keçirdikləri satınalmaların məbləği 1 198 993, 57 (bir milyon yüz doxsan səkkiz min doqquz yüz doxsan üç manat, əlli yeddi qəpik) manat təşkil edib.
Biləsuvar Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Biləsuvar MRX-nın 2011-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “rentgen və flüoqrafiyada işlənən materialların” və “zərdab və vaksinlərin” satınalınması maddəsi üzrə 7 dəfə qalib elan olunub.
Şirkət 2011-ci ildə 18 388 (on səkkiz min üç yüz səksən səkkiz) manatlıq, 2012-ci ildə 20 054,3 (iyirmi min əlli dörd manat, otuz qəpik), 2013-cü ildə 20 106, 6 (iyirmi min yüz altı manat, altmış qəpik), 2014-cü ildə 18 053,6 (on səkkiz min əlli üç manat, altmış qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Biləsuvar MRX-nın birgə həyata keçirdikləri satınalmaların məbləği 76 602, 68 (yetmiş altı min altı yüz iki manat, altmış səkkiz qəpik) manat təşkil edib.
Bərdə Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Bərdə MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “şəkərli və şəkərsiz diabet və imtiyazlı qrup üçün dərman preparatlarının”, “ümumi qrup dərman preparatlarının və sarğı ləvazimatlarının”, “rentgen-plyonka və reaktivlərin” satın alınması maddəsi üzrə 5 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2012-ci ildə 273 274, 96 (iki yüz yetmiş üç min iki yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat, 2013-cü ildə 516 603, 84 (beş yüz on altı min altı yüz üç manat səksən dörd qəpik) manat, 2014-cü ildə isə 409 802, 72 (dörd yüz doqquz min səkkiz yüz iki manat, yetmiş iki qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Bərdə MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 1 202 681, 52 (bir milyon iki yüz iki min altı yüz səksən bir manat, əlli iki qəpik) manat təşkil edib.
Beyləqan Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Beyləqan MRX-nın 2013-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “psixotrop, zərdab, vaksin, rentgen və flüoqrafiyada işlənən mallların” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2013-cü ildə 36 877, 95 (otuz altı min səkkiz yetmiş yeddi manat, doxsan beş qəpik) manat, 2014-cü ildə isə 39 976,3 (otuz doqquz min doqquz yüz yetmiş altı manat, otuz qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Beyləqan MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 76 854, 25 (yetmiş altı min səkkiz yüz əlli dörd manat, iyirmi qəpik) manat təşkil edib.
Hacıqabul Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Hacıqəbul MRX-nın 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “vaksinlərin, zərdabların və şprislərin”, “dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2011-cü ildə 5 985 (beş min doqquz yüz səksən beş) manat, 2013-cü ildə isə 199 345,88 (yüz doxsan doqquz min üç yüz qırx beş manat, səksən səkkiz qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Hacıqabul MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 205 330, 88 (iki yüz beş min üç yüz otuz manat, səksən səkkiz qəpik) manat təşkil edib.
İmişli Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC İmişli MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının ”satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2012-ci ildə 153 959 (yüz əlli üç min doqquz yüz əlli doqquz)manat, 2013-cü ildə 950 847, 6 (doqquz yüz əlli min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat,2014-cü ildə isə 475 944, 42 (dörd yüz yetmiş beş min doqquz yüz qırx dörd manat, qırx iki qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə İmişli MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 1 580 751, 02 (bir milyon beş yüz səksən min yeddi yüz əlli bir manat, iki qəpik) manat təşkil edib.
Kürdəmir Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Kürdəmir MRX-nın 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “vaksin və zərdabların, rentgen-plyonka və reaktivlərin” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 60 985,6 (altmış min doqquz yüz yetmiş beş manat, altmış qəpik) manat, 2012-ci ildə isə 16 948,17 (on altı min doqquz yüz qırx səkkiz manat, on yeddi qəpik) manat, 2013-cü ildə 21 406, 49 (iyirmi bir min dörd yüz altı manat qırx doqquz qəpik) manat, 2014-cü ildə isə 22 000 (iyirmi iki min) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Kürdəmir MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 121 340, 26 (yüz iyirmi bir min üç yüz qırx manat, iyirmi altı qəpik) manat təşkil edib.
Kəlbəcər Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Kəlbəcər MRX-nın 2014-cü ildə həyata keçirdiyi dövlət satılmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2014-cü ildə 105 989, 89 (yüz beş min doqquz yüz səksən doqquz manat, səksən doqquz qəpik) manat dəyərində tenderin qalibi olub.
Qax Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Qax MRX-nın 2010-2011-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “ümumi təyinatlı dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat, 2011-cü ildə isə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Qax MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 349 990 (üç yüz qırx doqquz min doqquz yüz doxsan) manat təşkil edib.

Quba Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Quba MRX-nin 2011-2012-ci illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2011-ci ildə 288 498 (iki yüz səksən səkkiz min dörd yüz doxsan səkkiz) manat, 2012-ci ildə isə 52 822 (əlli iki min səkkiz yüz iyirmi iki) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Quba MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 341 320 (üç yüz qırx bir min üç yüz iyirmi) manat təşkil edib.
Qusar Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Qusar MRX-nin 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının”, “rentgen, plyonkalar, reaktivlər, tikiş və sarğı materiallarının”, “diabet əleyhinə dərman preparatları və zərdabların”, “I tip diabet xəstələri üçün dərman preparatlarının”, “stamatoloji kabinet üçün lazım olan ləvazimatların”, “II tip xəstələr üçün dərman preparatlarının” satın alınması maddəsi üzrə 9 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2011-ci ildə 142 056, 84 (yüz qırx iki min əlli altı manat, səksən dörd qəpik) manat, 2012-ci ildə isə 112 314,88 (yüz on iki min üç yüz on dörd manat, səksən səkkiz qəpik) manat, 2013-cü ildə isə 387 510,72 (üç yüz səksən yeddi min beş yüz on manat, yetmiş iki qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Qusar MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 641 882,44 (altı yüz qırx bir min səkkiz yüz səksən iki manat, qırx dörd qəpik) manat təşkil edib.
Masallı Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Masallı MRX-nin 2012-ci ildə ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.
Beləki, şirkət 2012-ci ildə 188 244 ( yüz səksən səkkiz min iki yüz qırx dörd) manat dəyərində tenderlərin qalibi olub.
Mingəçevir Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Mingəçevir MRX-nin 2013-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
Şirkət 2013-cü ildə 341 407 (üç yüz qırx bir min dörd yüz yeddi) manat, 2014-cü ildə isə 379 998, 47 (üç yüz yetmiş doqquz min doqquz yüz doxsan səkkiz manat, qırx yeddi qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Mingəçevir MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 721 405,47 (yeddi yüz iyirmi bir min dörd yüz beş manat, qırx yeddi qəpik) manat təşkil edib.
Sabirabad Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Sabirabad MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının”satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
Şirkət 2012-ci ildə 512 200 (beş yüz on iki min iki yüz) manat, 2014-ci ildə isə 740 352,5 (yeddi yüz qırx min üç yüz əlli iki manat, əlli qəpik)manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 1 252 552,5 (bir milyon iki yüz əlli iki min beş yüz əlli iki manat, əlli qəpik) manat təşkil edib.Salyan Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Salyan MRX-nin 2011-ci il ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
İl ərzində “Epidbiomed” MMC ilə Salyan MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 371 209, 75 (üç yüz yütmiş bir miniki yüz doqquz manat, yetmiş beş qəpik) manat təşkil edib.
Siyəzən Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Siyəzən MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının”, “psixotrop dərman preparatlarının”, “şəkərli və şəkərsiz dərman preparatlarının” satın alınması maddəsi üzrə 8 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2012-ci ildə 61 536 (altmış bir min beş yüz otuz altı) manat, 2013-cü ildə 184 989, 52 (yüz səksən dörd min doqquz yüz səksən doqquz manat, əlli iki qəpik) manat, 2014-cü ildə isə 25 875 (iyirmi beş min səkkiz yüz yetmiş beş) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Siyəzən MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 272 400, 52 (iki yüz yetmiş iki min dörd yüz manat, əlli iki qəpik) manat təşkil edib.
cumhuriyyet.net


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi