
Müğənni və bəstəkar Elza Seyidcahanın ARB TV-nin "Xəbər Ətər" verlişində səsləndirdiyi "Pul" şeiri müzakirələrə səbəb olub.
Day.Az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin böyük qismi Elza Seyidcahanın şeirini gülüşlə qarşılayıb.
Sözügedən şeiri təqdim edirik:
Pullarımı dərmanladım, xarab olmasın,
Sayıb, sərib, sahmanladım, görən olmasın
Yanından ötməsin onun yellər, sovurmasın
Pul havada rəqs edər, gur havada səpələnər
Şabaş, şabaş, o baş, bu baş, danabaş, yavaş
Ey dazbaş, harda pul var orada baş
İllərimi payaladım, günlərimi bellədim
Günlərimi bellədim, içinə su tökdüm,
Böyütdüm, hasarladım, kəhərlədim, mindim, çapdım,
Pullarımın iyini tapdım...