3 İyun saat 15:00 tarixində Asif Hüseynov və Gülxar İbrahimovanın təşkilatçılığı ilə Milli rəqs və Musiqi festivalı keçirildi. azia.az bildirir ki, festivalda üç ölkə Azərbaycan, Gürcüstan və İran iştirak edib. Eyni zamanda xaricdən bir çox ifaçılar və alət ustaları təşrif buyurmuşlar. Təmsilçimiz "Odlar Yurdu" rəqs ansambılı olub. Bir -birindən gözəl rəqsləri ilə tamaşaçıların rəğbətini qazanmış və bizə birincilik sevincini nəsib etmişdir. Apardığımız müsahibələrdən görünür ki turistlərin diqqətini də cəlb etmişdir. Sonda Festivalda iştirak etmiş bütün rəqs ansambılları, eləcə də başda azia.az olmaqla bir sıra media nümayəndələri diplomlarla təltif olunmuşlar. Düşünürük ki, bu və bunun kimi festivallar və lahiyələr son deyil əksinə başlanğıcdır. İnanırıq ki "Odlar Yurdu " bizi öz yüksək uğurları ilə təəccübləndirəcək. Sonda Asif bəy və Gülxar xanımdan aldığımız müsahibə bunu deməyə əsas yaradır. Onu da qeyd edək ki , şəhərimizin qonaqları festivalın səhəri günü Asif bəy və Gülxar xanımla birlikdə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra isə Bilgəhdə dəniz gəzintisinə çıxmışlar. Eyni vaxtda şəhərimizdə 4 gün qonaq olduğu zaman ərzində Qız qalasını , İçəri şəhəri , Fəxri xiyabanı gəzmiş bir sözlə Bakı şəhəri ilə yaxından tanış olmuşlar.