azia.az
azia.az

Rəqs Bacarığı: Bütün Vücudlar Danışır!

17-07-2017, 11:14

Rəqs Bacarığı: Bütün Vücudlar Danışır!


Rəqs Bacarığı (DanceAbility): Bütün Vücudlar Danışır!
Azərbaycanda ilk dəfə beynəlxalq Rəqs Bacarığı (DanceAbility) metodologiyası ilə dərslər tədris edən pedaqoq Nigar Sultanova-Yıldırım 8 iyun tarixində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindəki təlimindən sonra növbəti dəfə yenidən eyni metod ilə 9-14 iyun tarixində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzində KTIB şirkətinin və mərkəzin təşkilati dəstəyi ilə dördgünlük dərslər keçib. Təlimin sonunda peşə məktəbinin iştirakçıları Nigarla birgə informans da nümayiş ediblər.
Dünyada Dance Ability (Rəqs Bacarığı) adı altında tanınan bu rəqs metodologiyası ilk dəfə 1987-ci ildə ABŞ-da Alito Alessivə Karen Nelson tərəfindən qurulub. Metodologiyanın əsas məqsədlərindən biri peşəkar və ya peşəkar olmayan rəqqaslar, fiziki və əqli fərqliliklər də olan hər kəsin rəqs bacarığına yiyələnəbiləcəyinə əmin etməkdir. Hər kəs rəqs edə bilər, və rəqs etməkm arzusunda olan hər kəs bu imkana sahib olmalıdır. Artıq 30 ildir ki, Alito Alessi təcrid anlayışını dəf edərək, dünyanın müxtəlif ölkələrindən fərqli bacarıqlarda və peşəkarlıq səviyyəsində olan insanlarla birgə təlimlər keçirir. Bu səbəbdən metodun tətbiq edildiyi dərslərə də hər kəs qatıla bilər.
Rəqs Bacarığı (Dance Ability) dərsləri terapiya deyil və əksinə doğru və yanlış konseptindən uzaq, sadəcə müxtəlif reallıqlarda olan insanları bir araya gətirən birlikdəlik sənətidir.
Ölkəmizdə isə ilk dəfə NigarSultanova-Yıldırım tərəfindən bu metod ilə tədris edilən dərslərdə Peşə və Reabilitasiya mərkəzinin iştirakçılarının bu dərsin onlar üçün ilk dəfə öz fiziki və əqli fərqliliklərindən azad yaşadıqları rəqs təcrübəsi olduğunu bildirmələri də metodun vəd etdiyi kimi işə yaradığına bir növ işarədir.
Əsasən improvizasiya üzərinə qurulmuş bu metod iştirakçılara rəqsin həqiqətən də sadəcə funksional hərəkətlərdən ibarət olduğunu deyil, bu hərəkətlərdən əslində necə ifadə üsulu kimi istifadə edərək ünsiyyət vasitəsinə çevirməyin mümkün olduğunu göstərir.Nigar bu dərsləri izah edərkən həmişə dərs prosesi boyu yaranan o təcriddən uzaq mühiti hər kəsin fərqliliklərindən asılı olmadan həmrəy olduğu mikro-kosmos adlandırır. Dərslərdən sonra iştirakçıların təlim boyu həyatlarında ilk dəfə ətrafdakı xarici təsirlərdən uzaq, öz dünyalarıında rəqslə məşğul olduqları təəssüratları və iştirakçılar tərəfindən layihənin davam etdirilməsi ilə bağlı edilən təkliflər Nigarın mikro-kosmos xəyalını gerçəkləşdirməyə dəstək olur.
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində dərslər 4 günü əhatə etdiyi üçün iştirakçılarla daha çox ünsiyyət qurmaq şansı əldə edən, onlardan daha çox şey öyrənən və onlardan daha çox rəy və təkliflər alan NigarSultanova-Yıldırım indi şübhəsiz ki, Rəqs Bacarığı dərslərini daha uzun müddətdə və digər məkanlarda yenidən peşəkar və ya həvəskar rəqqaslar, o cümlədən müxtəlif fiziki və əqli fərqliliklər də olan şəxslərlə birgə Azərbaycanda Bakı ilə məhdudlaşmayacaq şəkildə davam etdirməyə daha da israrlıdır. Onun bu israrını dəyərləndirərək Rəqs Bacarığı dərsləri ilə bağlı ətraflı məlumat üçün və bu dərsləri həyata keçirməsində Nigara dəstək olmaq istəyən qurumlar və fərdlər NigarSultanova-Yıldırım ilə şəxsən bu e-mail vasitəsi ilə əlaqə saxlaya bilərlər: [email protected]
Dance Ability (Rəqs Bacarığı) metodu ilə dərs tədris etmək istəyən şəxslərisə proqramın avqust, 2017-ci il tarixində Yunanıstanda keçiriləcək dörd həftəlik sertifikatlı kursu və Dance Ability Beynəlxalq təşkilatla bağlı ətraflı məlumat üçün http://www.danceability.com/ saytına baş çəkə bilərlər.
NigarSultanova-Yıldırımın 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzində keçdiyi dərslər və sonda nümayiş etdirilənin formansdan seçilmiş video və foto görüntüləri təqdim edirik.
VIDEO
https://www.youtube.com/watch?v=7NNcnmuJzbY
FOTOLAR
https://drive.google.com/drive/folders/0B4a-vhIy69rpQVVOWU5QeVA1WVU?usp=sharing


Rəqs Bacarığı: Bütün Vücudlar Danışır!
Rəqs Bacarığı: Bütün Vücudlar Danışır!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi