Məşhur müğənni fanatının kredit borcunu bağlayacaq
İbrahim Tatlısəs Ankarada musiqisevərlərlə görüşüb.
“Haber Global” xəbər verir ki, pərdələr açılarkən gördüyü izdiham qarşısında göz yaşlarını saxlaya bilməyən sənətçi konsertini “Gəl, de” mahnısı ilə açıb.
On iki illik fasilədən sonra yenidən səhnəyə çıxan 69 yaşlı ifaçı “45 ildir səhnədə qarşınızda baş əyirəm və bundan qürur duyuram” deyərək pərəstişkarlarını salamlayıb.
“İmperator” ləqəbli Tatlısəs bankdan kredit alaraq onu dinləmək üçün Amasiyadan Ankaraya gələn şanlıurfalı fanatını səhnəyə dəvət edib və onunla birlikdə mahnı oxuyub.
Böyük sevgi qarşısında yenidən ağlayan sənətçi pərəstişkarının kredit borcunu bağlayacağını açıqlayıb.