İbrahim Tatlısəs özündən 43 yaş kiçik sevgilisi ilə evləndi
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 5-ci dəfə nikah masasına oturub.
Azia.az Türkiyə mətbuatına istinadən bildirir ki, 69 yaşlı müğənni bu dəfə özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə evlənib.
İbrahim Tatlısəs bu barədə “İbo Şou” verilişində açıqlama verib. Verilişdə qonaq olan Ebru Yaşarın,- "Nikah bağlamısan?",- sualına Tatlısəs belə cavab verib:
"Xoşbəxtəm, Gülçin mənə çox yaxşı baxır. Bu saatdan sonra heç kimə izahat verməyəcəm".
Qeyd edək ki, 26 yaşlı Gülçin Karakaya 1,5 ildir ki, 69 yaşlı İbrahim Tatlısəs ilə münasibətdədir.