İbrahim Tatlısəs özündən 42 yaş kiçik xanımla evlənir - FOTO
Türkiyəli 69 yaşlı müğənni İbrahim Tatlısəsin özündən 42 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə ailə quracağı iddia edilib.![]()
Azia.az "axşam.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddiaya görə, Gülçin Tatlısesin evlilik təklifinə "hə" cavabını verib. Toy tarixi açıqlanmasa da, cütlüyün artıq nikah hazırlıqlarına başlandığı deyilir.![]()
Qeyd edək ki, ailəsi Gülçinə "Bu iş ya sonlansın, ya da evlənin" basqısını edirdi.
İbrahim Tatlısəs 4 dəfə ailəli olub. Sənətçinin bu evliliklərdən 7 övladı var.![]()