İbrahim Tatlısəsdən rekord: 1,5 mln xərclədi, 2 saata alındı
Türkiyə sənətçisi İbrahim Tatlıses uzun illərdən sonra yenidən böyük səhnəyə dönür. Artıq ilk konsertinin vaxtını da müəyyən edib. İbrahim Tatlısıs ilk konsertinin dekorasiyası üçün nə az, nə çox düz 1,5 milyon xərcləyib.
Azia.az “yasemin.com”a istinadən xəbər verir ki, 2011-ci ildə silahlı hücuma məruz qalması səbəbindən səhnədən uzaq düşən usta sənətçi İbrahim Tatlıses 12 illik həsrətinə son qoymağa qərar verib.
Pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşan sənətçinin səhnə dizaynı üçün 1,5 milyon TL xərclədiyi bildirilir.
14 mart 2011-ci ildə Maslakda silahlı hücuma məruz qalan "İmperator" kimi tanınan məşhur sənətçi İbrahim Tatlıses 12 ildən sonra İBO Show-un başlamaqla pərəstişkarlarının görüşünə gəlib. Bundan başqa konsertlər verməyi planlaşdıran İbrahim Tatlıses, 12 illik həsrətinə son qoyaraq pərəstişkarları ilə Kuruçeşmədə görüşməyə hazırlaşır. Bu gün baş tutacaq konsert üçün böyük bir hazırlıq prosesinə başlayan İmperator, səhnə dizaynı üçün 1,5 milyon TL xərcləyib. Onu da xatırladaq ki, İbrahim Tatlısesin Kuruçeşmədə reallaşacaq konsertinin biletləri satışa çıxdığı andan 2 saat ərzində satılıb.